DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Kapitoliyə basqın Trampın işidir? ABŞ-da ağlasığmaz ittiham

© AP Photo / Pool /Sarah SilbigerVaşinqton, arxiv şəkli
Vaşinqton, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.08.2023
Abunə olmaq
Trampın vəkili ittihamları İsveçrə pendirinə bənzədib, çünki onlarda eks-prezidentin vəkillərinin öyrənəcəkləri çoxlu dəliklər var.
BAKI, 6 avqust - Sputnik. ABŞ-ın keçmiş prezidenti Donald Tramp heç bir halda Kapitoliyə hücumda özünü təqsirli bilməyəcək.
Bu barədə Trampın vəkili Con Lauro bildirib.
Vəkil əlavə edib ki, Trampın komandası işə xitam verilməsi üçün petisiya verəcək. Lauro ittihamları İsveçrə pendirinə bənzədib, çünki onlarda eks-prezidentin vəkillərinin öyrənəcəkləri çoxlu dəliklər var.
Xatırladaq ki, avqustun 3-də Kapitolidə Senatın binasında silahlı şəxsin olması barədə məlumat əsasında axtarışlar aparılıb. Hücum edən şəxs və ya şəxslər ələ keçməsə də, rəsmi Vaşinqton bu olayda eks-prezident Donald Trampı ittiham edib.
03.08.23, 07:40
Kapitoli polisi Senatın binasında silahlı şəxsin olması barədə məlumatla axtarışlar aparır.
Polis hələlik binada atəş səslərinin eşidilmədiyini açıqlayıb.
Vaşinqton Polis Departamentinin sözçüsü Hyu Karunun jurnalistlərə bildirdiyinə görə, ABŞ Konqresinin binası kompleksində silahlı şəxsin olması ilə bağlı xəbərlər yəqin ki, yalandır.
"Həmin şəxsi tapmaq mümkün olmayıb və itki yoxdur. İçəridə silahlı şəxsin olması ilə bağlı zəng yəqin yalandır." - Karu deyib.
NBC telekanalının məlumatına görə, təhlükəsizlik qüvvələri ABŞ Senatının binasını mühasirəyə alıb və təxliyə həyata keçirilib.
02.08.2023, 23:35
Kapitoliyə silahlılar basqın edib.
ABŞ KİV-ləri içəridə silahlının olması ilə bağlı məlumat yayıb.
Kapitoli polisi içəridə olanları gizlənməyə, silahlı şəxs ələ keçirilməyənə qədər ortaya çıxmamağa çağırış edib.
Xəbər lenti
0