https://sputnik.az/20230806/drujba-neft-kemerinde-sizma-bas-verib-457475801.html
"Drujba" neft kəmərində sızma baş verib
"Drujba" neft kəmərində sızma baş verib
Sputnik Azərbaycan
“Drujba”nın polşalı operatoru əmin edib ki, obyektdə baş verən qəza yerli sakinlərin sağlamlığı və həyatı üçün təhlükə yaratmayıb. 06.08.2023, Sputnik Azərbaycan
2023-08-06T16:10+0400
2023-08-06T16:10+0400
2023-08-06T16:10+0400
neft
dünya xəbərləri
polşa
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0c/447366945_210:0:3851:2048_1920x0_80_0_0_d12a42e97c1da3053cd77002984f3f78.jpg
BAKI, 6 avqust - Sputnik. "Drujba" neft kəmərinin Almaniya istiqamətində olan qollarından biri Polşada sızma səbəbindən müvəqqəti olaraq sıradan çıxıb. Bu barədə Polşanın "Drujba" operatoru PERN öz "Twitter" profilində məlumat verib. “Avqustun 6-sı axşam saatlarında PERN avtomatlaşdırma sistemləri neftin Almaniyaya daxil olduğu qərb hissəsinin iki xəttindən birində Xodeç rayonunda “Drujba” boru kəmərində təzyiqin azalmasını aşkarlayıb. Tezliklə zədələnmiş xətdə neftin tədarükünün dayandırılması qərara alınıb. Neft kəmərinin ikinci xətti adi qaydada işləyir" - PERN-dən bildirilib. Həmçinin “Drujba”nın polşalı operatoru əmin edib ki, obyektdə baş verən qəza yerli sakinlərin sağlamlığı və həyatı üçün təhlükə yaratmayıb. "Polşanın neft emalı zavodları cədvələ uyğun olaraq neft alır", - mətbuat xidməti əlavə edib. Fəaliyyəti dayanmış hissənin işinin bərpasının təxmini vaxtı açıqlanmayıb. Bundan əvvəl məlum olmuşdu ki, Almaniya Rusiyadan gələn qazdan imtina etdikdən sonra iqtisadi tənəzzüllə üzləşib. Yapon onlayn nəşri qeyd edib ki, ölkə Qətər və Norveçdən qazı daim artan qiymətlərlə almağa başlayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0c/447366945_665:0:3396:2048_1920x0_80_0_0_4b78e14df0f269cb2d7b32f8de89404b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
neft, polşa
"Drujba" neft kəmərində sızma baş verib
“Drujba”nın polşalı operatoru əmin edib ki, obyektdə baş verən qəza yerli sakinlərin sağlamlığı və həyatı üçün təhlükə yaratmayıb.
BAKI, 6 avqust - Sputnik. "Drujba" neft kəmərinin Almaniya istiqamətində olan qollarından biri Polşada sızma səbəbindən müvəqqəti olaraq sıradan çıxıb. Bu barədə Polşanın "Drujba" operatoru PERN öz "Twitter" profilində məlumat verib.
“Avqustun 6-sı axşam saatlarında PERN avtomatlaşdırma sistemləri neftin Almaniyaya daxil olduğu qərb hissəsinin iki xəttindən birində Xodeç rayonunda “Drujba” boru kəmərində təzyiqin azalmasını aşkarlayıb. Tezliklə zədələnmiş xətdə neftin tədarükünün dayandırılması qərara alınıb. Neft kəmərinin ikinci xətti adi qaydada işləyir" - PERN-dən bildirilib.
Həmçinin “Drujba”nın polşalı operatoru əmin edib ki, obyektdə baş verən qəza yerli sakinlərin sağlamlığı və həyatı üçün təhlükə yaratmayıb.
"Polşanın neft emalı zavodları cədvələ uyğun olaraq neft alır", - mətbuat xidməti əlavə edib.
Fəaliyyəti dayanmış hissənin işinin bərpasının təxmini vaxtı açıqlanmayıb.
Bundan əvvəl məlum olmuşdu ki, Almaniya Rusiyadan gələn qazdan imtina etdikdən sonra iqtisadi tənəzzüllə üzləşib. Yapon onlayn nəşri qeyd edib ki, ölkə Qətər və Norveçdən qazı daim artan qiymətlərlə almağa başlayıb.