DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Cənubi Koreyalı siyasətçi ABŞ-ın siyasətini sərt tənqid edib

© AP Photo / David ZalubowskiФлаги США, фото из архива
Флаги США, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.08.2023
Abunə olmaq
Yan Hyanca vurğulayıb ki, ABŞ tərəfi qlobal yarımkeçirici tədarük zəncirini sarsıtmaq və pozmaqdan nəsə əldə etməyə çalışmaq kimi mövcud yanaşmasından əl çəkməlidir.
BAKI, 6 avqust — Sputnik. Cənubi Koreyalı millət vəkili və "Samsung"un keçmiş icraçı direktoru Yan Hyanca ABŞ-ın Çin istehsalı olan yarımkeçiricilər üzrə gözlənilməz siyasətini tənqid edib. O bildirib ki, bu, qlobal təchizat zəncirlərini pozur və Vaşinqtona qarşı koalisiyaya səbəb ola bilər. Bu barədə "Financial Times" xəbər verir.
Onun sözlərinə görə, əgər Vaşinqton digər dövlətləri cəzalandırmaq üçün qanunlar qəbul etmək və “əvvəlki Amerika” siyasətini həyata keçirmək cəhdlərini davam etdirsə, o zaman digər ölkələr də ABŞ-a qarşı ittifaq yarada bilərlər.
Yan Hyanca vurğulayıb ki, ABŞ tərəfi qlobal yarımkeçirici tədarük zəncirini sarsıtmaq və pozmaqdan nəsə əldə etməyə çalışmaq kimi mövcud yanaşmasından əl çəkməli və bəşəriyyətin qlobal maraqlarını nəzərə almalıdır.
Bundan əvvəl Çinin Vaşinqtondakı səfirliyinin nümayəndəsi Liu Penyu bildirib ki, ABŞ hakimiyyəti bazar prinsiplərinə zidd olan və bütün dünyanın maraqlarına zərər vuran istehsal və logistika zəncirlərini qırmağa yönəlmiş tədbirlər görür.
Xəbər lenti
0