https://sputnik.az/20230806/a-turkiyeye-viza-rejiminin-sadelesdirilmesini-payizda-muzakire-edecek-457477041.html
Aİ Türkiyəyə viza rejiminin sadələşdirilməsini payızda müzakirə edəcək
Aİ Türkiyəyə viza rejiminin sadələşdirilməsini payızda müzakirə edəcək
Sputnik Azərbaycan
Xarici işlər nazirləri mövcud fikir ayrılıqlarını aradan qaldırmağa çalışarkən Aİ-nin Türkiyə ilə yenidən əlaqə saxlaması və ortaq maraqlar üzərində... 06.08.2023, Sputnik Azərbaycan
2023-08-06T15:21+0400
2023-08-06T15:21+0400
2023-08-06T15:21+0400
ai
türkiyə
viza rejimi
sadələşdirilmiş viza rəsmiləşdirilməsi
dünya xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441550378_0:210:3070:1937_1920x0_80_0_0_665467ddb04bdee54a49bc3c5942b6bd.jpg
BAKI, 6 avqust - Sputnik. "Türkiyənin viza rejiminin sadələşdirilməsi məsələsi payızda müzakirə olunacaq".Bunu Avropa İttifaqının (Aİ) yüksək rütbəli rəsmisi İHA-ya bildirib."Biz bu müzakirənin nəticəsini proqnozlaşdıra bilmərik. Türkiyə ortaq maraq doğuran bir çox sahədə namizəd ölkə və əsas tərəfdaş olmaqda davam edir", - o vurğulayıb.Türkiyənin Aİ-yə üzvlük prosesində qısa müddətdə hansı addımların atılacağını qiymətləndirən Aİ rəsmisi qeyd edib ki, Aİ-Türkiyə münasibətləri barədə Avropa Şurasının müəyyən etdiyi alətlər və variantlar əsasında strateji və gələcəyə hesablanmış bir şəkildə irəliləmək məqsədi ilə Şuraya təqdim olunacaq hesabat payızda müzakirə ediləcək. Hələ iyul ayında xarici işlər nazirləri mövcud fikir ayrılıqlarını aradan qaldırmağa çalışarkən Aİ-nin Türkiyə ilə yenidən əlaqə saxlaması və ortaq maraqlar üzərində qurulmasının zəruriliyi barədə fikir mübadiləsi aparıblar.O, Türkiyənin Avropa Birliyinə tam üzvlüklə bağlı hansı mərhələləri tamamladığını da açıqlayıb: "Üzvlük danışıqlarındakı fasilədən əvvəl (2018-ci ildən) Aİ və Türkiyə cəmi 35 müzakirə fəslindən 16-nı açdı. Yalnız elm və tədqiqat bölməsi müvəqqəti olaraq bağlanıldı. 2006-cı ildə Şura Türkiyənin Kiprlə əlaqəli məhdudiyyətləri ilə bağlı 8 fəslin açılmayacağına və Türkiyənin Aİ-Türkiyə Tərəfdaşlıq Anlaşmasına Əlavə Protokol üzrə götürdüyü öhdəlikləri yerinə yetirənə qədər heç bir fəslin müvəqqəti bağlanmayacağına qərar verdi” (Report).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441550378_339:0:3070:2048_1920x0_80_0_0_dccf6713ed66307b69325c1987c86a04.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ai, türkiyə, viza rejimi, sadələşdirilmiş viza rəsmiləşdirilməsi
ai, türkiyə, viza rejimi, sadələşdirilmiş viza rəsmiləşdirilməsi
Aİ Türkiyəyə viza rejiminin sadələşdirilməsini payızda müzakirə edəcək
Xarici işlər nazirləri mövcud fikir ayrılıqlarını aradan qaldırmağa çalışarkən Aİ-nin Türkiyə ilə yenidən əlaqə saxlaması və ortaq maraqlar üzərində qurulmasının zəruriliyi barədə fikir mübadiləsi aparıblar.
BAKI, 6 avqust - Sputnik. "Türkiyənin viza rejiminin sadələşdirilməsi məsələsi payızda müzakirə olunacaq".
Bunu Avropa İttifaqının (Aİ) yüksək rütbəli rəsmisi İHA-ya bildirib.
"Biz bu müzakirənin nəticəsini proqnozlaşdıra bilmərik. Türkiyə ortaq maraq doğuran bir çox sahədə namizəd ölkə və əsas tərəfdaş olmaqda davam edir", - o vurğulayıb.
Türkiyənin Aİ-yə üzvlük prosesində qısa müddətdə hansı addımların atılacağını qiymətləndirən Aİ rəsmisi qeyd edib ki, Aİ-Türkiyə münasibətləri barədə Avropa Şurasının müəyyən etdiyi alətlər və variantlar əsasında strateji və gələcəyə hesablanmış bir şəkildə irəliləmək məqsədi ilə Şuraya təqdim olunacaq hesabat payızda müzakirə ediləcək. Hələ iyul ayında xarici işlər nazirləri mövcud fikir ayrılıqlarını aradan qaldırmağa çalışarkən Aİ-nin Türkiyə ilə yenidən əlaqə saxlaması və ortaq maraqlar üzərində qurulmasının zəruriliyi barədə fikir mübadiləsi aparıblar.
O, Türkiyənin Avropa Birliyinə tam üzvlüklə bağlı hansı mərhələləri tamamladığını da açıqlayıb: "Üzvlük danışıqlarındakı fasilədən əvvəl (2018-ci ildən) Aİ və Türkiyə cəmi 35 müzakirə fəslindən 16-nı açdı. Yalnız elm və tədqiqat bölməsi müvəqqəti olaraq bağlanıldı. 2006-cı ildə Şura Türkiyənin Kiprlə əlaqəli məhdudiyyətləri ilə bağlı 8 fəslin açılmayacağına və Türkiyənin Aİ-Türkiyə Tərəfdaşlıq Anlaşmasına Əlavə Protokol üzrə götürdüyü öhdəlikləri yerinə yetirənə qədər heç bir fəslin müvəqqəti bağlanmayacağına qərar verdi” (Report).