Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Zaqatalada kollecin binası yanıb

© Sputnik / Irade JELIL"Eurohome" tikinti bazarında yanğın
Eurohome tikinti bazarında yanğın - Sputnik Azərbaycan, 1920, 05.08.2023
Abunə olmaq
Binanın qalan hissəsi yanğından mühafizə olunub və yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
BAKI, 5 avqust - Sputnik. Zaqatala şəhərində kollecin ərazisində ümumi sahəsi 500 m² olan birmərtəbəli binanın (250 m² sahədə idman zalı və 250 m² sahədə mətbəx) dam örtüyünün yanar konstruksiyaları 450 m² sahədə, idman zalının yanar konstruksiyaları 100 m² sahədə və içərisində olan avadanlıqlar qismən yanıb.
Bu barədə Fövqəladə hallar Nazirliyi məlumat yayıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Saat 00:56
Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində baş verən yanğın söndürülüb.
Yanğın kollecin ümumi sahəsi 500 kv/m-lik hissəsində baş verib.
Yanğın baş verən hissədə kollecin mətbəxti və idman zalı yerləşib.
Yanğın gecə saat 00:16-da tam söndürülüb.
Yanğın nəticəsində binanın dam örtüyünün 450-kv/m-lik sahəsinin yanar konstruksiyaları, idman zalına yığılmış yeni invertarın bir hissəsi qismən yanıb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
04.08.2023
Saat 23:12
Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində yanğın başlayıb.
Saat 22:47-də Zaqatala şəhəri, N. Gəncəvi küçəsində, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində yanğın başlayıb.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır (APA).
Xəbər lenti
0