https://sputnik.az/20230805/turkmenistan-ozbekistan-ve-tacikistan-raziliga-gelib-457442061.html
Türkmənistan, Özbəkistan və Tacikistan razılığa gəlib
Türkmənistan, Özbəkistan və Tacikistan razılığa gəlib
Sputnik Azərbaycan
Dövlət başçıları, təhlükəsizliyin və sabitliyin təmin edilməsi, etimad və qarşılıqlı anlaşma mühitinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən... 05.08.2023, Sputnik Azərbaycan
2023-08-05T11:27+0400
2023-08-05T11:27+0400
2023-08-05T11:27+0400
türkmənistan
dünya xəbərləri
özbəkistan
tacikistan
təhlükəsizlik
https://cdnn1.img.sputnik.az/img/07e5/02/11/426253669_0:0:3072:1728_1920x0_80_0_0_7648b3073ae444b71220bcd5719e7906.jpg
BAKI, 5 avqust — Sputnik. Türkmənistan, Özbəkistan və Tacikistan terrorizm, separatizm və ekstremizm, habelə narkotiklərin qanunsuz dövriyyəsi və insan alveri ilə mübarizədə birgə səyləri davam etdirmək barədə razılığa gəliblər. Bu barədə üç ölkə prezidentinin sammitinin yekunlarına dair birgə bəyanatda deyilir. Dövlət başçıları, həmçinin qlobal və regional miqyasda sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsi, etimad və qarşılıqlı anlaşma mühitinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən qarşılıqlı səylərin vacibliyini qeyd ediblər. Bundan əlavə, tərəflər BMT-də və digər beynəlxalq və regional təşkilatlarda seçkili orqanlara bir-birlərinin namizədliklərini dəstəkləməyə davam etməyə hazır olduqlarını vurğulayıblar. Avqustun 4-də Aşqabadda Türkmənistan, Tacikistan və Özbəkistan prezidentləri Serdar Berdiməhəmmədov, Emomali Rəhmon və Şavkat Mirziyoyevin sammiti keçirilib. Bu, prezidentlərin bu formatda ilk görüş idi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/11/426253669_52:0:2783:2048_1920x0_80_0_0_772ab6577992e469414b98bb9ad40a4d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
türkmənistan, özbəkistan, tacikistan, təhlükəsizlik
türkmənistan, özbəkistan, tacikistan, təhlükəsizlik
Türkmənistan, Özbəkistan və Tacikistan razılığa gəlib
Dövlət başçıları, təhlükəsizliyin və sabitliyin təmin edilməsi, etimad və qarşılıqlı anlaşma mühitinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən qarşılıqlı səylərin vacibliyini qeyd ediblər.
BAKI, 5 avqust — Sputnik. Türkmənistan, Özbəkistan və Tacikistan terrorizm, separatizm və ekstremizm, habelə narkotiklərin qanunsuz dövriyyəsi və insan alveri ilə mübarizədə birgə səyləri davam etdirmək barədə razılığa gəliblər. Bu barədə üç ölkə prezidentinin sammitinin yekunlarına dair birgə bəyanatda deyilir.
"Tərəflər terrorizm, separatizm və ekstremizmin bütün forma və təzahürləri, o cümlədən transsərhəd mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, insan alveri və qeyri-qanuni miqrasiya ilə mübarizədə əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd ediblər. Bu sahədə əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb. Tərəflər çağırışlara və təhdidlərə qarşı birgə mübarizə aparıb, həmçinin ümumi maraq doğuran məsələlərdə bir-birlərini dəstəkləməyə davam etməyə hazır olduqlarını təsdiqləyiblər", - bəyanatda deyilir.
Dövlət başçıları, həmçinin qlobal və regional miqyasda sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsi, etimad və qarşılıqlı anlaşma mühitinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən qarşılıqlı səylərin vacibliyini qeyd ediblər. Bundan əlavə, tərəflər BMT-də və digər beynəlxalq və regional təşkilatlarda seçkili orqanlara bir-birlərinin namizədliklərini dəstəkləməyə davam etməyə hazır olduqlarını vurğulayıblar.
Avqustun 4-də Aşqabadda Türkmənistan, Tacikistan və Özbəkistan prezidentləri Serdar Berdiməhəmmədov, Emomali Rəhmon və Şavkat Mirziyoyevin sammiti keçirilib. Bu, prezidentlərin bu formatda ilk görüş idi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.