DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Şiddətli istilər Avropada ölüm saçır: İtaliyada həyatını itirənlərin sayı durmadan artır

© AFP 2024 / GIUSEPPE CACACEВид на Баку
Вид на Баку - Sputnik Azərbaycan, 1920, 05.08.2023
Abunə olmaq
Fransada isə qeydə alınan isti hava səbəbindən 80 nəfər ölüb.
BAKI, 5 avqust - Sputnik. İyulda qeydə alınan rekord istilik dalğası İtaliyanın cənub və mərkəzi bölgələrində ölüm nisbətinin 7% artmasına səbəb olub.
Bu barədə İtaliya Səhiyyə Nazirliyinin hesabatında deyilir.
Qeyd olunub ki, əhəmiyyətli artım Neapol (+10%), Bari (+50%), Taranto (+42%), Recco Kalabriya və Kataniyada (+34%) müşahidə edilir. Bu, əsasən yaşı 75-84 və 85-dən yuxarı olan sakinlərə aiddir.
Digər Avropa ölkəsi Fransada isə iyul ayında qeydə alınan isti hava səbəbindən 80 nəfər ölüb.
Ölənlərin çoxusu Overn-Rona-Alpla, Burqundiya–Franş-Konte, Korsika regionundan olub.
Qeyd edək ki, iyul ayında Fransada yüksək temperatur qeydə alınıb.
7-13 iyul tarixləri arasında qızmar istilər nəticəsində onlarla insan həyatını itirib.
Bununla bağlı ölkənin Meteorologiya agentliyi xüsusilə cənub bölgələrindəki insanları isti havaya qarşı tədbir görmələri barədə xəbərdar edib.
Xəbər lenti
0