CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda hava küləkli olacaq

© palitranews.azBakı, arxiv şəkli
Bakı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.08.2023
Abunə olmaq
Bakıda və Abşeron yarımadasında havanın temperaturu 33°-yə çatacaq.
BAKI, 5 avqust — Sputnik. Avqustun 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu 28-33° isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər yağış tədricən kəsiləcək, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Səhər bəzi rayonlarda dumanolacaq, mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu 31-36°, dağlarda 18-23° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0