https://sputnik.az/20230805/hicama-zamani-nelere-diqqet-yetirilmelidir-457465774.html
Hicama zamanı nələrə diqqət yetirilməlidir?
Hicama zamanı nələrə diqqət yetirilməlidir?
Sputnik Azərbaycan
Hicamanın uyğunsuz şəraitdə, istifadə olunan alətlər dəyişdirilmədən, yaxud da dezinfeksiya edilmədən aparılması, qanla keçən infeksion xəstəliklərin sayını... 05.08.2023, Sputnik Azərbaycan
2023-08-05T23:59+0400
2023-08-05T23:59+0400
2023-08-05T23:59+0400
səhiyyə
həkim
xalq təbabəti
hicama
immun sistemi
immunitet
hipertoniya
https://cdnn1.img.sputnik.az/img/07e5/02/1a/426328486_0:160:3073:1888_1920x0_80_0_0_38d43ee6cf9c167d2f1f452e7aa33720.jpg
BAKI, 5 avqust - Sputnik. Son vaxtlar hicama üsulu ilə müalicəyə maraq göstərənlərin sayı xeyli artıb. Hicamanın insan sağlamlığı üçün xeyirli olduğu deyilir. Həkimlər isə onu qəti şəkildə inkar etməsələr də, bu üsulun adamları xəstəlikdən müalicə edəcəyini gözləməyin doğru olmadığı qənaətindədirlər.Hicama əslində qan alma, bədəndə olan çirkli toksik qanın xaric olması deməkdir. Bir çox vacib xəstəliklərlə əlaqədar prosedurlardan biridir. Hicama şəkərli diabet, hipertoniya, revmatizm, sinir sistemi ilə əlaqədar yuxusuzluq, başda və gözdə olan ağrılar zamanı səmərəli rol oynayır. Onkoloji xəstələrə isə həmin prosedur yalnız həkim məsləhəti ilə aparıla bilər.Prosedurdan əvvəl həkim müayinəsi aparılması lazımdır. Hicama baş, boyun, kürək, bel, ayaq və qol nahiyələrinə edilir. Prosedurdan sonra yaraya su dəyməməlidir və soyuğa vermək olmaz.Həkim-terapevt Zakir Quliyev bununla əlaqədar deyib: Həkim-terapevt onu da qeyd edib ki, hipertoniya xəstələri təzyiqi nizamlamaq üçün hicama olunmaqdansa, donor kimi qan versələr daha məsləhətli olar. O, onkoloji xəstələrin hicama etdirməsi barədə deyib: “Onların bədəni demək olar ki, zəifləmiş olur, immun sistemi zəifləyir və yaxud da laxtalanma problemləri ola bilər. Məsələn, xəstə kimyaterapiya alırsa, həmin prosedurdan sonra trombositlərin miqdarı azalır, nəticədə qanın laxtalanması zəifləyir. İkincisi, immun sistemi zəiflədiyindən infeksiyaya yoluxmaq riski artır”."Belə bir deyim var: “Əsl dost sağlamlıq kimidir, dəyəri itirildikdən sonra bilinir". Ona görə də sağlamlığın qeydinə qalmaq və onu əsl peşəkarlara etibar etmək lazımdır" - həkim əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/1a/426328486_171:0:2900:2047_1920x0_80_0_0_76bb82b412fa15baefb2a59f4331a19d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
həkim, xalq təbabəti, hicama, immun sistemi, immunitet, hipertoniya
həkim, xalq təbabəti, hicama, immun sistemi, immunitet, hipertoniya
Hicama zamanı nələrə diqqət yetirilməlidir?
Hicamanın uyğunsuz şəraitdə, istifadə olunan alətlər dəyişdirilmədən, yaxud da dezinfeksiya edilmədən aparılması, qanla keçən infeksion xəstəliklərin sayını artırır, onun bir xəstədən digərinə keçmək ehtimalı yüksəlir.
BAKI, 5 avqust - Sputnik. Son vaxtlar hicama üsulu ilə müalicəyə maraq göstərənlərin sayı xeyli artıb. Hicamanın insan sağlamlığı üçün xeyirli olduğu deyilir. Həkimlər isə onu qəti şəkildə inkar etməsələr də, bu üsulun adamları xəstəlikdən müalicə edəcəyini gözləməyin doğru olmadığı qənaətindədirlər.
Hicama əslində qan alma, bədəndə olan çirkli toksik qanın xaric olması deməkdir. Bir çox vacib xəstəliklərlə əlaqədar prosedurlardan biridir. Hicama şəkərli diabet, hipertoniya, revmatizm, sinir sistemi ilə əlaqədar yuxusuzluq, başda və gözdə olan ağrılar zamanı səmərəli rol oynayır. Onkoloji xəstələrə isə həmin prosedur yalnız həkim məsləhəti ilə aparıla bilər.
Prosedurdan əvvəl həkim müayinəsi aparılması lazımdır. Hicama baş, boyun, kürək, bel, ayaq və qol nahiyələrinə edilir. Prosedurdan sonra yaraya su dəyməməlidir və soyuğa vermək olmaz.
Həkim-terapevt Zakir Quliyev bununla əlaqədar deyib:
“Hicamadan müalicə gözləmək düzgün deyil, ondan dəstəkləyici müalicə kimi yararlanmaq olar və yalnız həkim göstərişi ilə edilməlidir. Təəssüf ki, hicamanın uyğunsuz şəraitdə, istifadə olunan alətlər dəyişdirilmədən, yaxud da dezinfeksiya edilmədən aparılma halları olur. Belə olanda qanla keçən infeksion xəstəliklərin sayında artım müşahidə edilir və onun bir xəstədən digərinə keçmək ehtimalı çox yüksək olur”.
Həkim-terapevt onu da qeyd edib ki, hipertoniya xəstələri təzyiqi nizamlamaq üçün hicama olunmaqdansa, donor kimi qan versələr daha məsləhətli olar. O, onkoloji xəstələrin hicama etdirməsi barədə deyib:
“Onların bədəni demək olar ki, zəifləmiş olur, immun sistemi zəifləyir və yaxud da laxtalanma problemləri ola bilər. Məsələn, xəstə kimyaterapiya alırsa, həmin prosedurdan sonra trombositlərin miqdarı azalır, nəticədə qanın laxtalanması zəifləyir. İkincisi, immun sistemi zəiflədiyindən infeksiyaya yoluxmaq riski artır”.
"Belə bir deyim var: “Əsl dost sağlamlıq kimidir, dəyəri itirildikdən sonra bilinir". Ona görə də sağlamlığın qeydinə qalmaq və onu əsl peşəkarlara etibar etmək lazımdır" - həkim əlavə edib.