Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Hesablama Palatası BNA-da aşkarladığı nöqsanlarla bağlı Baş Prokurorluğa müraciət edəcək

© Baku Transport AgencyAvtobusun üzərində şuar
Avtobusun üzərində şuar - Sputnik Azərbaycan, 1920, 05.08.2023
Abunə olmaq
Aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunması nəzərə alınaraq auditin nəticələrinə dair müvafiq materialların Baş Prokurorluğa göndərilməsi qərara alınıb.
BAKI, 5 avqust - Sputnik. Hesablama Palatasında, qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilmiş növbəti Kollegiya iclasında 2023-cü il İş planı üzrə Bakı Nəqliyyat Agentliyi və tabeliyində olan qurumlar üzrə dövlət vəsaitlərinin və əmlakının idarə olunmasının auditinin nəticələri barədə Auditor hesabatı müzakirə edilib.
Bu barədə məlumatı Hesablama Palatası yayıb.
Məlumata görə, aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunması nəzərə alınaraq auditin nəticələrinə dair müvafiq materialların "Hesablama Palatası haqqında" qanunun 26.2-ci maddəsinə əsasən Baş Prokurorluğa göndərilməsi qərara alınıb.
Daha sonra iclasda 2023-cü ilin İş Planında nəzərdə tutulmuş auditlərlə bağlı proqramlar müzakirə olunaraq təsdiq edilib, həmçinin funksional fəaliyyətlə bağlı gündəlikdə dayanan cari məsələlərə baxılıb.
Xəbər lenti
0