https://sputnik.az/20230805/hakan-fidanla-entoni-blinken-cenubi-qafqazin-aqibetini-muzakire-edibler-457468088.html
Hakan Fidanla Entoni Blinken Cənubi Qafqazın aqibətini müzakirə ediblər
Hakan Fidanla Entoni Blinken Cənubi Qafqazın aqibətini müzakirə ediblər
Sputnik Azərbaycan
Blinken Fidandan Ermənistan probleminin həllində yardım istəyib
2023-08-05T21:39+0400
2023-08-05T21:39+0400
2023-08-05T22:12+0400
siyasət
hakan fidan
entoni blinken
antoni blinken
ermənistan
nato
qara dəniz
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e7/07/0e/456810630_0:72:3071:1799_1920x0_80_0_0_aa74cb50f9271c016096a64f3b980a54.jpg
BAKI, 5 avqust - Sputnik. Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.Qeyd olunub ki, nazirlər Cənubi Qafqazda baş verən proseslər və bu kontekstdə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, “Taxıl sazişi”nin bərpası, Qara dənizdə təhlükəsizliyin təminatı və NATO-nun genişlənməsini müzakirə ediblər.Bundan əvvəl isə Türkiyə və Ukraynanın xarici işlər nazirləri Hakan Fidan və Dmitri Kuleba arasında telefon danışığı olub.Onlar “Taxıl sazişi”nin bərpası üçün atıla biləcək addımları müzakirə ediblər."Telefon söhbətimizdə Rusiyanın sazişdən geri çəkilməsinin Afrika ölkələrinə və qlobal ərzaq təhlükəsizliyinə zərərli təsirini vurğuladım. Türkiyə razılaşmanın bərpası üçün səylərini davam etdirəcək. Ukrayna və Türkiyə arasında ikitərəfli təmasların qrafikini də müzakirə etdik" - Ukrayna XİN rəhbəri Kuleba özünün Teleqram kanalındakı hesabında bildirib. Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Teleqram kanalında ABŞ Dövlət Departamentinin Moskvanın “Taxıl sazişi”nə qayıtması üçün mövqeyini açıqlamaq barədə xahişini cavablandırıb. O qeyd edib ki, Rusiya “Taxıl sazişi”nə qayıtmaq üçün Qara dəniz təşəbbüsünün ikinci hissəsinin yerinə yetirilməsini gözləyir. “Biz Qara dəniz təşəbbüsünün ikinci hissəsinin yerinə yetirilməsini gözləyirik. Bütün bunlar sənəd üzərində əks olunub və BMT Baş katibi tərəfindən təsdiq olunub. Əgər Rusiya XİN-in informasiya saytı kifayət etmirsə, o zaman ABŞ səfirliyi əlavə izahat üçün müraciət edə bilər” - o, deyib.Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığında Qərb ölkələri tələblərini yerinə yetirən kimi Moskvanın “Taxıl sazişi”nə qayıtmağa hazır olduğunu bildirib. Söhbət Rusiya Federasiyasından kənd təsərrüfatı məhsulları və gübrələrin ixracına qarşı sanksiyaların ləğvindən, “Rosselxozbank”ın və ya onun törəmə qurumunun SWIFT-ə qoşulmasından, Rusiya taxılının daşınması üçün gəmilərin pulsuz hərəkətindən gedir.
https://sputnik.az/20230805/rusiya-xn-taxil-sazisine-qayitmaq-ucun-sertini-aciqladi-457461325.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/0e/456810630_340:0:3071:2048_1920x0_80_0_0_f4b8af33f0ec0ce7c7d671cfcb40412b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
entoni blinken hakan fidan ermənistan
entoni blinken hakan fidan ermənistan
Hakan Fidanla Entoni Blinken Cənubi Qafqazın aqibətini müzakirə ediblər
21:39 05.08.2023 (Yenilənib: 22:12 05.08.2023) Taxıl sazişi”nin bərpası, Qara dənizdə təhlükəsizliyin təminatı, NATO-nun genişlənməsi də Türkiyə və ABŞ XİN başçıları arasında əsas müzakirə mövzusu olub.
BAKI, 5 avqust - Sputnik. Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, nazirlər Cənubi Qafqazda baş verən proseslər və bu kontekstdə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, “Taxıl sazişi”nin bərpası, Qara dənizdə təhlükəsizliyin təminatı və NATO-nun genişlənməsini müzakirə ediblər.
Bundan əvvəl isə Türkiyə və Ukraynanın xarici işlər nazirləri Hakan Fidan və Dmitri Kuleba arasında telefon danışığı olub.
Onlar “Taxıl sazişi”nin bərpası üçün atıla biləcək addımları müzakirə ediblər.
"Telefon söhbətimizdə Rusiyanın sazişdən geri çəkilməsinin Afrika ölkələrinə və qlobal ərzaq təhlükəsizliyinə zərərli təsirini vurğuladım. Türkiyə razılaşmanın bərpası üçün səylərini davam etdirəcək. Ukrayna və Türkiyə arasında ikitərəfli təmasların qrafikini də müzakirə etdik" - Ukrayna XİN rəhbəri Kuleba özünün Teleqram kanalındakı hesabında bildirib.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Teleqram kanalında ABŞ Dövlət Departamentinin Moskvanın “Taxıl sazişi”nə qayıtması üçün mövqeyini açıqlamaq barədə xahişini cavablandırıb.
O qeyd edib ki, Rusiya “Taxıl sazişi”nə qayıtmaq üçün Qara dəniz təşəbbüsünün ikinci hissəsinin yerinə yetirilməsini gözləyir.
“Biz Qara dəniz təşəbbüsünün ikinci hissəsinin yerinə yetirilməsini gözləyirik. Bütün bunlar sənəd üzərində əks olunub və BMT Baş katibi tərəfindən təsdiq olunub. Əgər Rusiya XİN-in informasiya saytı kifayət etmirsə, o zaman ABŞ səfirliyi əlavə izahat üçün müraciət edə bilər” - o, deyib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığında Qərb ölkələri tələblərini yerinə yetirən kimi Moskvanın “Taxıl sazişi”nə qayıtmağa hazır olduğunu bildirib. Söhbət Rusiya Federasiyasından kənd təsərrüfatı məhsulları və gübrələrin ixracına qarşı sanksiyaların ləğvindən, “Rosselxozbank”ın və ya onun törəmə qurumunun SWIFT-ə qoşulmasından, Rusiya taxılının daşınması üçün gəmilərin pulsuz hərəkətindən gedir.