DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan jurnalistləri dondurmaya qonaq etdi - VİDEO

© AFP 2023 / PETRAS MALUKASTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.08.2023
Abunə olmaq
Ərdoğanın dondurma təklifinə jurnalistlər məmnuniyyətlə müsbət cavab veriblər və təşəkkür ediblər.
BAKI, 5 avqust - Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın jurnalistləri dondurmaya qonaq etməsi marağa səbəb olub. Belə ki, ötən gün - avqustun 4-də cümə namazından çıxan Ərdoğan əvvəlcə ənənəvi nitqini söyləyib. Ardınca da jurnalistlərə dondurma təklif edib.
"Arkadaşlar, sizə dondurma hazırlandı. Bu havada gedər, deyilmi?" - deyən Ərdoğanın təklifinə jurnalistlər məmnuniyyətlə müsbət cavab veriblər və təşəkkür ediblər.
Ərdoğan "kümeramanlara da verin" deyə kadr arxasında qalan televiziya əməkdaşlarını da unutmayıb.
Xatırladaq ki, Ərdoğanın adı Rusiya prezidenti Vladimir Putinlə birlikdə yediyi dondurma ilə də çox hallanır. 28 avqust 2019-cu ildə “MAKS-2019” sərgisi ilə tanış olduqdan sonra Rusiya prezidenti öz türkiyəli həmkarına dondurma alıb.
Satıcı şokolad və vanilli dondurma arasında seçim təklif edib, Putin isə hər ikisinin dadına baxmaq qərarına gəlib.
Ərdoğanı isə hesabın kimin öhdəsinə düşəcəyi maraqlandırıb. Rusiya lideri bütün hesabı özü ödəyib. Pulun qalığını isə Sənaye və Ticarət naziri Denis Manturova "aviasiyanın inkişafı naminə" verib.
Xəbər lenti
0