Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Dərmanları mətbəxdə saxlamaq olmaz

© Photo : PxHereDərman
Dərman - Sputnik Azərbaycan, 1920, 05.08.2023
Abunə olmaq
Dərmanların qonaq və yataq otağında saxlanılması temperatur baxımından daha uyğun yer hesab olunur
BAKI, 5 avqust — Sputnik. Azərbaycanın Analitik Ekspertiza Mərkəzi dərmanların ev şəraitində necə və harada saxlanılmalı olduğu ilə bağlı məlumat yayıb.
Mərkəzdən verilən məlumata görə, çox zaman insanlar dərmanların harada saxlanılması məsələsinə lazımi diqqət yetirmir, yanlış olaraq dərmanları mətbəxdə və hamam otağında saxlayırlar. Amma, dərmanları düzgün yerdə saxlamaq, temperatur, rütubət, günəş şüaları kimi faktorları nəzərə almaq lazımdır ki, onların effektivliyi itməsin və sağlamlığımıza zərər verməsin.
Məlumatda qeyd edilib ki, dərmanların qonaq və yataq otağında saxlanılması temperatur baxımından daha uyğun yer hesab olunur:
"Həmçinin dərmanlar uşaqlar və heyvanlardan uzaq yerlərdə saxlanılmalıdır. Hər bir dərman vasitəsinin üzərində saxlanma şəraiti qeyd olunur. Əksər dərmanların saxlanması otaq temperaturunda - 15-25 dərəcə nəzərədə tutulub. Bu qrup dərmanları öz qutusunda, ağzıbağlı, quru, təmiz, gün düşməyən və sərin şkaflarda saxlamaq lazımdır".
Məlumatda həmçinin bildirilib ki, bəzi dərmanların qutusunun üzərində və içlik vərəqələrində saxlama şəraiti 2-8 dərəcə temperatur qeyd olunursa, onların soyuducuda saxlanılması mütləqdir:
"Onları rütubətdən qorumaq üçün soyuducuya yerləşdirməzdən əvvəl qutuya və ya polietilen paketlərə qoymaq lazımdır. Soyuducuda saxlanılan dərmanlarda donma izləri müşahidə olunduqda həmin dərmanlar istifadə olunmamalıdır".
Xəbər lenti
0