https://sputnik.az/20230805/azerbaycan-ermenistani-etraf-muhite-vurdugu-ziyana-gore-cezalandirmaq-isteyir-457456336.html
Azərbaycan Ermənistanı ətraf mühitə vurduğu ziyana görə cəzalandırmaq niyyətindədir
Azərbaycan Ermənistanı ətraf mühitə vurduğu ziyana görə cəzalandırmaq niyyətindədir
Sputnik Azərbaycan
Azərbaycan Ermənistanın ətraf mühitə vurduğu ziyana görə cəzalandırılması üçün ekspertlərlə məlumat mübadiləsi aparır 05.08.2023, Sputnik Azərbaycan
2023-08-05T12:47+0400
2023-08-05T12:47+0400
2023-08-05T12:46+0400
cəmiyyət
azərbaycan və ermənistan arasında müharibə
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e7/06/10/455970745_0:104:2000:1229_1920x0_80_0_0_07ef921428ce4a81654f893572a4b1f1.jpg
Azərbaycan Ermənistanın ətraf mühitə vurduğu ziyana görə cəzalandırılması üçün ekspertlərlə birgə məlumat mübadiləsi aparır.Bunu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.O, nazirlik tərəfindən Şuşa rayonu ərazisində həyata keçirilən ekoloji tədbirlər, o cümlədən meşəbərpa və yeni yaşıllıq sahələrinin salınması tədbirləri, xüsusi mühafizə olunan təbiət əraziləri, eləcə də Xocalı və Şuşa rayonlarının inzibati ərazisində nadir təbiət komplekslərinin, xüsusilə tarixi və paleontoloji abidələrin qorunması və etalon ərazi kimi saxlanılması məqsədilə 1988-ci ildə yaradılmış Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyətinin yenidən bərpası istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib: "Rayon ərazisində mövcud olmuş 8526,0 ha meşə fondu sahəsinin meşə ilə örtülü 2972,8 hektarı və Daşaltı Dövlət Təbiət Yasaqlığının (ümumi sahəsi 450,0 ha) 50,0 hektarı məhv edilib. 90-cı illərdə qeydiyyata alınmış 8 mineral-xammal yatağından 4-ü istismar edilib. Ermənistan tərəfindən 30 illik işğal dövründə ətraf mühitə vurulmuş ziyana görə beynəlxalq hüquqi müstəvidə qiymət verilməsi ilə əlaqədar məsələyə cəlb olunmuş ekspertlərlə birgə məlumat mübadiləsi aparılır".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/10/455970745_112:0:1889:1333_1920x0_80_0_0_37cf2cfe274323f0a6982eb0c083e99e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan və ermənistan arasında müharibə, ermənistan
azərbaycan və ermənistan arasında müharibə, ermənistan
Azərbaycan Ermənistanı ətraf mühitə vurduğu ziyana görə cəzalandırmaq niyyətindədir
Azərbaycan Ermənistanın ətraf mühitə vurduğu ziyana görə cəzalandırılması üçün ekspertlərlə məlumat mübadiləsi aparır
Azərbaycan Ermənistanın ətraf mühitə vurduğu ziyana görə cəzalandırılması üçün ekspertlərlə birgə məlumat mübadiləsi aparır.
Bunu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.
O, nazirlik tərəfindən Şuşa rayonu ərazisində həyata keçirilən ekoloji tədbirlər, o cümlədən meşəbərpa və yeni yaşıllıq sahələrinin salınması tədbirləri, xüsusi mühafizə olunan təbiət əraziləri, eləcə də Xocalı və Şuşa rayonlarının inzibati ərazisində nadir təbiət komplekslərinin, xüsusilə tarixi və paleontoloji abidələrin qorunması və etalon ərazi kimi saxlanılması məqsədilə 1988-ci ildə yaradılmış Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyətinin yenidən bərpası istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib:
"Rayon ərazisində mövcud olmuş 8526,0 ha meşə fondu sahəsinin meşə ilə örtülü 2972,8 hektarı və Daşaltı Dövlət Təbiət Yasaqlığının (ümumi sahəsi 450,0 ha) 50,0 hektarı məhv edilib. 90-cı illərdə qeydiyyata alınmış 8 mineral-xammal yatağından 4-ü istismar edilib. Ermənistan tərəfindən 30 illik işğal dövründə ətraf mühitə vurulmuş ziyana görə beynəlxalq hüquqi müstəvidə qiymət verilməsi ilə əlaqədar məsələyə cəlb olunmuş ekspertlərlə birgə məlumat mübadiləsi aparılır".