https://sputnik.az/20230804/zorakiliq-tetbiq-eden-yeniyetmeni-hansisa-ceza-gozleyirmi---video-457424814.html
Zorakılıq tətbiq edən yeniyetməni hansısa cəza gözləyirmi? - Video
Zorakılıq tətbiq edən yeniyetməni hansısa cəza gözləyirmi? - Video
Sputnik Azərbaycan
DİN-in Mətbuat xidmətindən bilidirilib ki, sözügedən hadisədən xəbərdardırlar. Hazırda polis əməkdaşları tərəfindən araşdırma aparılır. 04.08.2023, Sputnik Azərbaycan
2023-08-04T11:06+0400
2023-08-04T11:06+0400
2023-08-04T11:27+0400
cəmiyyət
şiddət
uşaq
yeniyetmə
cəza
https://cdnn1.img.sputnik.az/img/07e7/07/11/456860335_0:40:3072:1768_1920x0_80_0_0_4bdea632023e723b0306a3c438ca39f0.jpg
BAKI, 4 avqust — Sputnik. Yeniyetməlik yaşına çatan şəxsə vurduğu xəsarətin dərəcəsindən asılı olaraq həbs cəzası verilə bilər. Vəkil Türkel Süleymanlı Sputnik Azərbaycan-a açıqlamasında iki gün öncə azyaşlının yeniyetmələr tərəfindən amansızca döyülməsini əks etdirən videonu şərh edərkən belə deyib.O qeyd edib ki, 16-18 yaşlı şəxs adam öldürdüyü halda ona 10 ildən artıq həbs verilə bilməz:"Lakin digər hallarda hansısa məhdudiyyət yoxdur. Yəni kiçik sanksiyalarla bağlı qanunda hansısa məhdudiyyət yoxdur. 20, yaxud da 16 yaşında xuliqanlıq edənin cəzası eynidir"."Bu şəxslər hansı maddə ilə ittiham olunmaqlarından asılı olaraq 6 ay, 1-2 il də həbs cəzası ala bilərlər", - deyə o əlavə edib.Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Bakıda azyaşlı oğlanın yeniyetmələr tərəfindən döyülməsi ilə bağlı görüntülər yayılıb. Kamera görüntülərindən aydın olur ki, hadisə iki gün əvvəl-avqustun 2-də qeydə alınıb. Şəxsiyyətləri məlum olmayan iki şəxs mağazanın qarşısında oturan azyaşlıya şiddət göstərir, daha sonra telefonla bu kadrları qeydə alırlar.Qafqazinfo-da yayılan videoda bildirilir ki, bundan sonra uşaq ağlaya-ağlaya evə gedərək hadisəni anasına danışıb və bundan sonra kamera qeydlərinə baxılıb. Daha sonra 102 "Qaynar xətti"nə müraciət edilib.Maraqlıdır ki, bütün bunlar insanların gözü qarşısında baş versə də, müdaxilə edən olmur. Yalnız sonda həmin azyaşlı məkandan uzaqlaşdırılır.DİN-in Mətbuat xidmətindən bilidirilib ki, sözügedən hadisədən xəbərdardırlar. Hazırda polis əməkdaşları tərəfindən araşdırma aparılır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/11/456860335_341:0:3072:2048_1920x0_80_0_0_31e82b58ac66808391373f4b444488ae.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şiddət, uşaq, yeniyetmə, cəza
şiddət, uşaq, yeniyetmə, cəza
Zorakılıq tətbiq edən yeniyetməni hansısa cəza gözləyirmi? - Video
11:06 04.08.2023 (Yenilənib: 11:27 04.08.2023) DİN-in Mətbuat xidmətindən bilidirilib ki, sözügedən hadisədən xəbərdardırlar. Hazırda polis əməkdaşları tərəfindən araşdırma aparılır.
BAKI, 4 avqust — Sputnik. Yeniyetməlik yaşına çatan şəxsə vurduğu xəsarətin dərəcəsindən asılı olaraq həbs cəzası verilə bilər. Vəkil Türkel Süleymanlı Sputnik Azərbaycan-a açıqlamasında iki gün öncə azyaşlının yeniyetmələr tərəfindən amansızca döyülməsini əks etdirən videonu şərh edərkən belə deyib.
O qeyd edib ki, 16-18 yaşlı şəxs adam öldürdüyü halda ona 10 ildən artıq həbs verilə bilməz:
"Lakin digər hallarda hansısa məhdudiyyət yoxdur. Yəni kiçik sanksiyalarla bağlı qanunda hansısa məhdudiyyət yoxdur. 20, yaxud da 16 yaşında xuliqanlıq edənin cəzası eynidir".
"Bu şəxslər hansı maddə ilə ittiham olunmaqlarından asılı olaraq 6 ay, 1-2 il də həbs cəzası ala bilərlər", - deyə o əlavə edib.
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Bakıda azyaşlı oğlanın yeniyetmələr tərəfindən döyülməsi ilə bağlı görüntülər yayılıb. Kamera görüntülərindən aydın olur ki, hadisə iki gün əvvəl-avqustun 2-də qeydə alınıb. Şəxsiyyətləri məlum olmayan iki şəxs mağazanın qarşısında oturan azyaşlıya şiddət göstərir, daha sonra telefonla bu kadrları qeydə alırlar.
Qafqazinfo-da yayılan videoda bildirilir ki, bundan sonra uşaq ağlaya-ağlaya evə gedərək hadisəni anasına danışıb və bundan sonra kamera qeydlərinə baxılıb. Daha sonra 102 "Qaynar xətti"nə müraciət edilib.
Maraqlıdır ki, bütün bunlar insanların gözü qarşısında baş versə də, müdaxilə edən olmur. Yalnız sonda həmin azyaşlı məkandan uzaqlaşdırılır.
DİN-in Mətbuat xidmətindən bilidirilib ki, sözügedən hadisədən xəbərdardırlar. Hazırda polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.