CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İyul ayında zəhərlənmə ilə bağlı yeddi yüzədək müraciət olub

© meydanZəhərlənmə, arxiv
Zəhərlənmə, arxiv - Sputnik Azərbaycan, 1920, 04.08.2023
Abunə olmaq
Qəbul olunan xəstələrdən 75-i dərmandan, 26-sı sirkə turşusundan, 10-u etanoldan, 1-i dəm qazından zəhərlənib/
BAKI, 4 avqust — Sputnik. İyul ayında Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 658 nəfər müraciət edib.
Mərkəzin Mətbuat xidmətindən verilən məlumata görə, onlardan 139-u Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Qəbul olunan xəstələrdən 75-i dərmandan, 26-sı sirkə turşusundan, 10-u etanoldan, 1-i dəm qazından zəhərlənib. Digərlərindən 6-sı allergik reaksiyadan, 1-i isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 17-ni ilan, 3-nü isə həşərat sancıb.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 6-sı dünyasını dəyişib. Onlardan 5-i kişi, 1-i qadın olub. Ölüm halının 3-ü sirkə turşusundan, 3-ü isə dərman zəhərlənməsindən baş verib (APA)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0