https://sputnik.az/20230804/yeddi-neferin-olumu-ile-elaqedar-matem-elan-olundu-xn-bassagligi-verdi-457434823.html
Yeddi nəfərin ölümü ilə əlaqədar matəm elan olundu, XİN başsağlığı verdi
Yeddi nəfərin ölümü ilə əlaqədar matəm elan olundu, XİN başsağlığı verdi
Sputnik Azərbaycan
Səfirlik Gürcüstanın aidiyyəti orqanları ilə təmasdadır və bu barədə ictimaiyyətə məlumat veriləcək. 04.08.2023, Sputnik Azərbaycan
2023-08-04T15:19+0400
2023-08-04T15:19+0400
2023-08-04T18:13+0400
gürcüstan
azərbaycan xəbərləri
uçqun
torpaq
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1d/426087975_0:320:3072:2048_1920x0_80_0_0_b741d1e48f436b2ecef64145a4583b69.jpg
BAKI, 4 avqust — Sputnik. Ötən gün Gürcüstanın Oni bələdiyyəsindəki Şovi kurort zonasında baş vermiş torpaq uçqunu nəticəsində ölənlərin sayı 7 olub.Baş verən bədbəxt hadisə ilə əlaqədar olaraq artıq ölkədə matəm günü elan edilib.Hadisə yerində jurnalistlərə açıqlama verən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib. O, xilasedicilərin ötən gün 2, bu gün isə 5 nəfərin meyitini torpaq kütləsinin altından çıxardıqlarını deyib.Baş nazir əlavə edib ki, təbii fəlakətlə əlaqədar həftə sonu aktiv iş günü kimi davam etdiriləcək, avqustun 7-si isə Gürcüstanda matəm günü olacaq.Azərbaycan XİN Gürcüstana başsağlığı veribAzərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Şovi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsində həyatını itirənlərin yaxınlarına başsağlığı verib.“Ümid edirik ki, hələ də itkin düşən onlarla insan sağ-salamat tapılacaq. Biz Gürcüstan hökumətinin və xalqının yanındayıq”, - başsağlığında deyilir.Gürcüstanın Oni bələdiyyəsində baş vermiş torpaq sürüşməsi nəticəsində həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur. Bu barədə APA-nın Gürcüstan bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib. Qeyd olunub ki, səfirlik Gürcüstanın aidiyyəti orqanları ilə təmasdadır və bu barədə məlumat olarsa, ictimaiyyətə ötürüləcək. Qeyd edək ki, ötən gün axşam saatlarında baş verən sürüşmə nəticəsində 6 nəfər həlak olub, 35 nəfərlə əlaqənin kəsildiyi bildirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1d/426087975_314:0:3045:2048_1920x0_80_0_0_cefea95e73e5b1980da867a14035aa90.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
gürcüstan, uçqun, torpaq, azərbaycan
gürcüstan, uçqun, torpaq, azərbaycan
Yeddi nəfərin ölümü ilə əlaqədar matəm elan olundu, XİN başsağlığı verdi
15:19 04.08.2023 (Yenilənib: 18:13 04.08.2023) Səfirlik Gürcüstanın aidiyyəti orqanları ilə təmasdadır və bu barədə ictimaiyyətə məlumat veriləcək.
BAKI, 4 avqust — Sputnik. Ötən gün Gürcüstanın Oni bələdiyyəsindəki Şovi kurort zonasında baş vermiş torpaq uçqunu nəticəsində ölənlərin sayı 7 olub.
Baş verən bədbəxt hadisə ilə əlaqədar olaraq artıq ölkədə matəm günü elan edilib.
Hadisə yerində jurnalistlərə açıqlama verən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib. O, xilasedicilərin ötən gün 2, bu gün isə 5 nəfərin meyitini torpaq kütləsinin altından çıxardıqlarını deyib.
Baş nazir əlavə edib ki, təbii fəlakətlə əlaqədar həftə sonu aktiv iş günü kimi davam etdiriləcək, avqustun 7-si isə Gürcüstanda matəm günü olacaq.
Azərbaycan XİN Gürcüstana başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Şovi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsində həyatını itirənlərin yaxınlarına başsağlığı verib.
“Ümid edirik ki, hələ də itkin düşən onlarla insan sağ-salamat tapılacaq. Biz Gürcüstan hökumətinin və xalqının yanındayıq”, - başsağlığında deyilir.
Gürcüstanın Oni bələdiyyəsində baş vermiş torpaq sürüşməsi nəticəsində həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur.
Bu barədə APA-nın Gürcüstan bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.
"Şovi fəlakət zonasında həlak olan və ya xəsarət almış azərbaycanlılarla bağlı heç bir məlumat daxil olmayıb", - deyə səfirlikdən bildirilib.
Qeyd olunub ki, səfirlik Gürcüstanın aidiyyəti orqanları ilə təmasdadır və bu barədə məlumat olarsa, ictimaiyyətə ötürüləcək.
Qeyd edək ki, ötən gün axşam saatlarında baş verən sürüşmə nəticəsində 6 nəfər həlak olub, 35 nəfərlə əlaqənin kəsildiyi bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.