DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İstanbulda ticarət mərkəzində partlayışa son anda əngəl oldular

© AP Photo / Francisco Secoİstanbulda
İstanbulda - Sputnik Azərbaycan, 1920, 04.08.2023
Abunə olmaq
Saxlanılan şəxslər Sultanqazi rayonundakı meşə parkında meşə yanğınına səbəb ola biləcək bəzi qurğular quraşdırdıqlarını etiraf ediblər.
BAKI, 4 avqust — Sputnik. PKK terrorçuları İstanbulda ticarət mərkəzlərinin birində partlayış törətmək istəyib. Bu barədə "Hürriyet" qəzeti xəbər verir.
Qəzetin yazdığına görə, İstanbulun qərbində, Bayrampaşa səmtində ticarət mərkəzində iki nəfər gəzərkən onlardan birinin əlindəki çanta qəflətən yanmağa başlayıb. Hadisəyə yerinə gedən polis çantaın içərisində partlayıcı qurğu olduğunu aşkar edib. Partlayıcı bilinməyən səbəblərdən işə düşübb

"Saxlanılan şəxslər dindirilmə zamanı bildiriblər ki, xaricdən PKK üzvü onlara pul göndərib, pulla partlayıcı alıb və onun göstərişi ilə onları saxlayıblar", - qəzet yazır.

Nəşr yazır ki, çantanın yanmağa başlaması terroçuların planlarını pozub.
Həmçinin dindirilmə zamanı saxlanılan şəxslər Sultanqazi rayonundakı meşə parkında meşə yanğınına səbəb ola biləcək bəzi qurğular quraşdırdıqlarını, sonradan həmin qurğuların təhlükəsizlik qüvvələri tərəfindən aşkar edilərək məhv edildiyini bildiriblər.
Onların digər cinayət ortaqları da Bahçelievler rayonundakı mənzillərdə saxlanılıb. Ümumilikdə 11 nəfər saxlanılıb. Qəzet yazır ki, axtarışlar zamanı azı 3,2 kiloqram partlayıcı maddə və partlayıcı qurğuların hazırlanması üçün istifadə oluna bilən digər maddələr və elementlər aşkar edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0