https://sputnik.az/20230804/rusiyanin-nigerle-yaxinlasmasi-qerbi-moskvadan-asili-veziyyete-salacaq-457414898.html
Rusiyanın Nigerlə yaxınlaşması Qərbi Moskvadan asılı vəziyyətə salacaq
Rusiyanın Nigerlə yaxınlaşması Qərbi Moskvadan asılı vəziyyətə salacaq
Sputnik Azərbaycan
Əgər Niger Rusiyanın orbitinə düşərsə, o zaman dünyada atom enerjisi sahəsində Moskvadan asılılıq artacaq. 04.08.2023, Sputnik Azərbaycan
2023-08-04T08:25+0400
2023-08-04T08:25+0400
2023-08-04T08:25+0400
bloomberg
dünya xəbərləri
rusiya
niger
yaxınlaşma
qərb
asılılıq
qazaxıstan
özbəkistan
https://cdnn1.img.sputnik.az/img/07e7/08/02/457372966_0:162:3066:1887_1920x0_80_0_0_7c7e4472c8e65f10e348fb1a15e04b62.jpg
BAKI, 4 avqust — Sputnik. Qərb ölkələri Rusiya ilə Nigerin güclü yaxınlaşmasından narahatdır. Bu barədə Rusiya mediası "Bloomberg"ə istinadən xəbər verib. Nəşrin məlumatına görə, əgər Niger Rusiyanın orbitinə düşərsə, o zaman dünyada atom enerjisi sahəsində Moskvadan asılılıq artacaq. Bundan əlavə, Qazaxıstan və Özbəkistan dünyanın əsas uran istehsalçıları sırasındadır. Onların payına dünyanın hasil olunan ehtiyatlarının təxminən yarısı düşür. Bu rəqəmə Rusiya və Nigeri də əlavə etsək, o zaman bu dörd ölkədə hasil olunan uranın payı 60 faizə qədər artacaq. Rusiya həmçinin uran yataqlarına da malikdir və dünyada uranın zənginləşdirmə potensialının demək olar ki, yarısına nəzarət edir. İyulun 27-də dövlət çevrilişini təşkil edən hərbçilər Niger prezidentinin devrildiyini bildiriblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/02/457372966_168:0:2899:2048_1920x0_80_0_0_151789479e2902af10af0097c99ccb14.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bloomberg, rusiya, niger, yaxınlaşma, qərb, asılılıq, qazaxıstan, özbəkistan
bloomberg, rusiya, niger, yaxınlaşma, qərb, asılılıq, qazaxıstan, özbəkistan
Rusiyanın Nigerlə yaxınlaşması Qərbi Moskvadan asılı vəziyyətə salacaq
Əgər Niger Rusiyanın orbitinə düşərsə, o zaman dünyada atom enerjisi sahəsində Moskvadan asılılıq artacaq.
BAKI, 4 avqust — Sputnik. Qərb ölkələri Rusiya ilə Nigerin güclü yaxınlaşmasından narahatdır.
Bu barədə Rusiya mediası "Bloomberg"ə istinadən xəbər verib.
Nəşrin məlumatına görə, əgər Niger Rusiyanın orbitinə düşərsə, o zaman dünyada atom enerjisi sahəsində Moskvadan asılılıq artacaq.
Bundan əlavə, Qazaxıstan və Özbəkistan dünyanın əsas uran istehsalçıları sırasındadır. Onların payına dünyanın hasil olunan ehtiyatlarının təxminən yarısı düşür. Bu rəqəmə Rusiya və Nigeri də əlavə etsək, o zaman bu dörd ölkədə hasil olunan uranın payı 60 faizə qədər artacaq.
Rusiya həmçinin uran yataqlarına da malikdir və dünyada uranın zənginləşdirmə potensialının demək olar ki, yarısına nəzarət edir.
İyulun 27-də dövlət çevrilişini təşkil edən hərbçilər Niger prezidentinin devrildiyini bildiriblər.