DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Quranın yandırılması İsveçin NATO-ya üzvlüyünə mane olacaq?

© Sputnik / Алексей Витвицкий / Mediabanka keçidNATO loqosu
NATO loqosu - Sputnik Azərbaycan, 1920, 04.08.2023
Abunə olmaq
Türk ekspertin fikrincə, Quranın yandırılması faktları İsveçin NATO-ya qoşulması ilə bağlı Türkiyə ilə olan prinsipial razılaşmaya təsir etməyəcək.
BAKI, 4 avqust — Sputnik. İsveç ərazisində Quranın yandırılması faktları Ankaranın İsveçin Şimali Atlantika Alyansına üzvlüyünə razılıq verməkdən imtina etməsinə səbəb olmayacaq. Bunu Türkiyəli politoloq, Türkiyənin xarici və müdafiə siyasəti üzrə ekspert Kərim Has "İnterfaks"a bildirib.
"Quranın yandırılması faktları İsveçin alyansa qoşulması ilə bağlı prinsipial razılaşmaya təsir etməyəcək. Ərdoğanın bunu zəruri hesab edəcəyi təqdirdə müəyyən taktiki manevrlərin mümkünlüyündən, Stokholma təzyiq elementlərinin təzahüründən danışa bilərik", - deyə politoloq qeyd edib.
"Ümumiyyətlə, İsveçin NATO-ya üzvlüyü ilə bağlı Türkiyənin mövqeyi əslində aydındır. Artıq bu məsələ ilə bağlı Ankaradan müsbət siqnallar gəlib və prosedurlara gəlincə, Türkiyənin yekun müsbət cavabı oktyabrda ola bilər", - agentliyin həmsöhbəti bildirib.
Qərb mətbuatının yazdığına görə, ötən bazar ertəsi Stokholmda İsveç parlamentinin binası qarşısında Quranı təhqir edən aksiya keçirilib.
Aksiyada Quranı yandıran iki kişi iştirak edib. Bu hadisəyə icazə İsveç polisi tərəfindən verilib.
Bundan əvvəl İraq hakimiyyəti müsəlman ölkələrini Skandinaviya ölkələrində Quranın yandırılmasına cavab verməyə çağırıb. Bağdadda etirazçıların iyul ayında İsveç səfirliyinə basqın etməsindən sonra vəziyyət daha da mürəkkəbləşib. İraqın baş naziri Məhəmməd Şia əl-Sudani İsveç səfirini ölkədən qovmaq və İraqın müvəqqəti işlər vəkilini Stokholmdan geri çağırmaq qərarına gəlib.
Xəbər lenti
0