Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"İnvestisiya fondları haqqında" yenilənmiş qanun bazara nə verəcək?

© Depositphotos.com / _ella_Скрепленные канцелярским зажимом документы
Скрепленные канцелярским зажимом документы - Sputnik Azərbaycan, 1920, 04.08.2023
Abunə olmaq
Dəyişikliklər gələcəkdə investisiya fondlarına yatırım edən investorların hüquqlarının qorunmasına xidmət edəcək.
BAKI, 4 avqust — Sputnik. Azərbaycanda "İnvestisiya fondları haqqında" qanunda edilmiş, avqustun 1-dən qüvvəyə minmiş dəyişikliyə əsasən, bundan sonra Milli Depozit Mərkəzi müvafiq lisenziya almadan investisiya fondunun depozitarı fəaliyyəti ilə məşğul ola biləcək, investisiya fondları və onların idarəçiləri reyestrə daxil edilmiş məlumatlarda dəyişikliklər barədə Azərbaycan Mərkəzi Bankına (AMB) 5 iş günü müddətində yazılı bildiriş göndərməli olacaq, "Qiymətli kağızlar bazarı haqqında" qanunda nəzərdə tutulan sənədlər AMB-yə əvvəlcədən təqdim edildikdə və həmin sənədlərdə dəyişiklik olmadıqda onların yenidən təqdim edilməsi tələb edilməyəcək, bu şərtlə ki, quruma bu barədə yazılı məlumat verilsin.
Bəs bu yeniliklərin məqsədi nədir, belə demək mümkünsə, bazara nə verəcək?
Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərindən birinin direktor müavini Pərvanə Qasımova bildirib ki, bunların arasında ən mühüm dəyişiklik Milli Depozit Mərkəzinə yeni səlahiyyətin verilməsidir:

"Bunun hesabına investisiya fondlarının depozitar problemi həll olundu. Yəni, indiyə qədər investisiya fondu yaratmaq istəyənlərin qarşısında depozitarın olmaması ilə bağlı əngəl var idi. Heç kim də investisiya fondları üçün depozitar yaratmırdı, çünki bunu edənlər bəri başdan bilmirdilər ki, investisiya fondu yaradan olacaq ya yox? Artıq bu məsələ həllini tapıb".

"Digər tərəfdən ümumi qanunvericilikdə uyğunlaşdırma və əlavə tənzimləmələr baxımından dəqiqləşdirilmələr aparılıb ki, onlar da gələcəkdə investisiya fondlarına yatırım edən investorların hüquqlarının qorunmasına xidmət edəcək. İqtisadiyyatın, o cümlədən maliyyə sektorunun tam funksional olaraq inkişaf etməsi üçün investisiya fondlarının olması vacib məqamdır", - deyə P.Qasımova əlavə edib.
(Report)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0