https://sputnik.az/20230804/mq-uzre-musahibe-merhelesinin-vaxti-aciqlanib-457429278.html
MİQ üzrə müsahibə mərhələsinin vaxtı açıqlanıb
MİQ üzrə müsahibə mərhələsinin vaxtı açıqlanıb
Sputnik Azərbaycan
Müsahibə zamanı namizədlərin kompetensiyaları, psixoloji hazırlığı, ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən... 04.08.2023, Sputnik Azərbaycan
2023-08-04T13:47+0400
2023-08-04T13:47+0400
2023-08-04T13:47+0400
imtahan
təhsil
müəllimlərin işə qəbulu
https://cdnn1.img.sputnik.az/img/07e7/08/02/457367830_0:22:2000:1147_1920x0_80_0_0_c6fe62457053fa6515f6f858412206a9.jpg
BAKI, 4 avqust — Sputnik. Avqustun 9-dan etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində uğur qazanmış namizədlər üçün müsahibə mərhələsinə start veriləcək. Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən verilən məlumatda bildirilib. Qeyd edilib ki, müsabiqənin müsahibə mərhələsinə ümumilikdə 5660 namizəd dəvət olunub və müsahibələr avqust ayının 18-dək davam edəcək. Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq. Müsahibə mərhələsində uğur qazanmış namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar. Qeyd edək ki, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/02/457367830_221:0:1780:1169_1920x0_80_0_0_e94451c65a34875d76dab771ee5372f9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
imtahan, müəllimlərin işə qəbulu
imtahan, müəllimlərin işə qəbulu
MİQ üzrə müsahibə mərhələsinin vaxtı açıqlanıb
Müsahibə zamanı namizədlərin kompetensiyaları, psixoloji hazırlığı, ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.
BAKI, 4 avqust — Sputnik. Avqustun 9-dan etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində uğur qazanmış namizədlər üçün müsahibə mərhələsinə start veriləcək.
Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən verilən məlumatda bildirilib.
Qeyd edilib ki, müsabiqənin müsahibə mərhələsinə ümumilikdə 5660 namizəd dəvət olunub və müsahibələr avqust ayının 18-dək davam edəcək.
Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.
Müsahibə mərhələsində uğur qazanmış namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.
Qeyd edək ki, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.