https://sputnik.az/20230804/kutum-ve-kulme-baliqlarinin-populyasiya-strukturunda-guclu-cavanlasma-musahide-edilib-457447671.html
Kütüm və külmə balıqlarının populyasiya strukturunda güclü cavanlaşma müşahidə edilib
Kütüm və külmə balıqlarının populyasiya strukturunda güclü cavanlaşma müşahidə edilib
Sputnik Azərbaycan
İstiliyin normadan artıq olması ilə əlaqədar olaraq kütüm və külmə balıqlarının populyasiya strukturunda güclü cavanlaşma müşahidə edilib. 04.08.2023, Sputnik Azərbaycan
2023-08-04T20:36+0400
2023-08-04T20:36+0400
2023-08-04T20:36+0400
balıq
iqtisadiyyat
tədqiqat
xəzər dənizi
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0e/441099622_0:104:2000:1229_1920x0_80_0_0_082aa52f5165e1d34007f61abdc6070c.jpg
BAKI, 4 avqust — Sputnik. Xəzər dənizinin Azərbaycan sektorunda çirklənmənin Xəzər dənizinə və ətraf mühitə təsirinin müəyyənləşdirilməsi, nərə cinsli və digər növdən olan balıqların vəziyyətinin və su mühitinin öyrənilməsi, eləcə də mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi üçün zəruri məlumatların əldə edilməsi məqsədilə kompleks ekoloji monitorinq ekspedisiyası aparılıb. Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, "Əlif Hacıyev" elmi-tədqiqat gəmisi ilə monitorinqdə institutun Hidrobiologiya laboratoriyasının müdiri vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru dosent Süleyman Süleymanov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları iştirak ediblər.Ekspedisiya zamanı 9 kəsimdən ibarət olan 45 stansiyadan ixtioloji materiallar toplanılıb. Tədqiqat nəticəsində son illərdə Xəzər dənizi səviyyəsinin aşağı düşməsi, istiliyin normadan artıq olması ilə əlaqədar olaraq kütüm və külmə balıqlarının populyasiya strukturunda güclü cavanlaşma müşahidə edilib. Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq Orta və Cənubi Xəzərdə Mnemiopsis leidyi daraqlısının sayının azalması və ölçüsünün kiçilməsi hallarıda müşahidə edilib. 2022-ci ildə monitorinq zamanı ilk dəfə olaraq Qızılağac akvatoriyasında rast gəlinmiş Beroe ovata daraqlısının isə 2023-cü ildə sayının və ölçüsünün artması müşahidə olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0e/441099622_112:0:1889:1333_1920x0_80_0_0_89364351baca45dc8ab89c31b0078314.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
balıq, tədqiqat, xəzər dənizi
balıq, tədqiqat, xəzər dənizi
Kütüm və külmə balıqlarının populyasiya strukturunda güclü cavanlaşma müşahidə edilib
İstiliyin normadan artıq olması ilə əlaqədar olaraq kütüm və külmə balıqlarının populyasiya strukturunda güclü cavanlaşma müşahidə edilib.
BAKI, 4 avqust — Sputnik. Xəzər dənizinin Azərbaycan sektorunda çirklənmənin Xəzər dənizinə və ətraf mühitə təsirinin müəyyənləşdirilməsi, nərə cinsli və digər növdən olan balıqların vəziyyətinin və su mühitinin öyrənilməsi, eləcə də mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi üçün zəruri məlumatların əldə edilməsi məqsədilə kompleks ekoloji monitorinq ekspedisiyası aparılıb.
Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, "Əlif Hacıyev" elmi-tədqiqat gəmisi ilə monitorinqdə institutun Hidrobiologiya laboratoriyasının müdiri vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru dosent Süleyman Süleymanov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları iştirak ediblər.
Ekspedisiya zamanı 9 kəsimdən ibarət olan 45 stansiyadan ixtioloji materiallar toplanılıb. Tədqiqat nəticəsində son illərdə Xəzər dənizi səviyyəsinin aşağı düşməsi, istiliyin normadan artıq olması ilə əlaqədar olaraq kütüm və külmə balıqlarının populyasiya strukturunda güclü cavanlaşma müşahidə edilib.
Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq Orta və Cənubi Xəzərdə Mnemiopsis leidyi daraqlısının sayının azalması və ölçüsünün kiçilməsi hallarıda müşahidə edilib. 2022-ci ildə monitorinq zamanı ilk dəfə olaraq Qızılağac akvatoriyasında rast gəlinmiş Beroe ovata daraqlısının isə 2023-cü ildə sayının və ölçüsünün artması müşahidə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.