https://sputnik.az/20230804/gurcustanda-torpaq-surusmesi-neticesinde-olenlerin-sayi-11-e-catib-457452923.html
Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 11-ə çatıb
Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 11-ə çatıb
Sputnik Azərbaycan
Baş verən bədbəxt hadisə ilə əlaqədar olaraq artıq ölkədə matəm günü elan edilib. 04.08.2023, Sputnik Azərbaycan
2023-08-04T20:12+0400
2023-08-04T20:12+0400
2023-08-04T20:12+0400
dünya xəbərləri
gürcüstan
torpaq
sürüşmə
kurort
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1d/426087975_0:320:3072:2048_1920x0_80_0_0_b741d1e48f436b2ecef64145a4583b69.jpg
BAKI, 4 avqust - Sputnik. Gürcüstanın Şovi bələdiyyəsi ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 11-ə çatıb. Azərtac xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili məlumat verib.Onun sözlərinə görə, 210 nəfər təbii fəlakət zonasından təhlükəsiz əraziyə köçürülüb, 25 nəfərin axtarışları davam etdirilir.Qeyd edək ki, avqustun 7-si Gürcüstanda matəm elan olunub.Azərbaycan XİN Gürcüstana başsağlığı veribAzərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Şovi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsində həyatını itirənlərin yaxınlarına başsağlığı verib.“Ümid edirik ki, hələ də itkin düşən onlarla insan sağ-salamat tapılacaq. Biz Gürcüstan hökumətinin və xalqının yanındayıq”, - başsağlığında deyilir.Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın Raça dağlıq bölgəsində Şovi kurortunun yaxınlığında sel və torpaq sürüşməsi nəticəsində baş vermiş fəlakət ilə əlaqədar Gürcüstanın xarici işlər naziri İlya Darçiaşviliyə zəng vurub. Bu barədə XİN-in məlumatında deyilir.Nazir bu ağır fəlakət zamanı həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan hökuməti və xalqına dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib. Nazir itkin düşmüş şəxslərin tezliklə tapılacağına ümid bəslədiyini bildirib.C.Bayramov Azərbaycanın hər zaman Gürcüstanın yanında olduğunu, xilasetmə tədbirləri və təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində hər bir yardım göstərməyə hazır olduğunu vurğulayıb.Nazir İlya Darçiaşvili həmrəyliyə və göstərilən dəstəyə görə minnətdarlığını diqqətə çatdırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1d/426087975_314:0:3045:2048_1920x0_80_0_0_cefea95e73e5b1980da867a14035aa90.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
gürcüstan, torpaq, sürüşmə, kurort
gürcüstan, torpaq, sürüşmə, kurort
Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 11-ə çatıb
Baş verən bədbəxt hadisə ilə əlaqədar olaraq artıq ölkədə matəm günü elan edilib.
BAKI, 4 avqust - Sputnik. Gürcüstanın Şovi bələdiyyəsi ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 11-ə çatıb. Azərtac xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili məlumat verib.
Onun sözlərinə görə, 210 nəfər təbii fəlakət zonasından təhlükəsiz əraziyə köçürülüb, 25 nəfərin axtarışları davam etdirilir.
Qeyd edək ki, avqustun 7-si Gürcüstanda matəm elan olunub.
Azərbaycan XİN Gürcüstana başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Şovi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsində həyatını itirənlərin yaxınlarına başsağlığı verib.
“Ümid edirik ki, hələ də itkin düşən onlarla insan sağ-salamat tapılacaq. Biz Gürcüstan hökumətinin və xalqının yanındayıq”, - başsağlığında deyilir.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın Raça dağlıq bölgəsində Şovi kurortunun yaxınlığında sel və torpaq sürüşməsi nəticəsində baş vermiş fəlakət ilə əlaqədar Gürcüstanın xarici işlər naziri İlya Darçiaşviliyə zəng vurub. Bu barədə XİN-in məlumatında deyilir.
Nazir bu ağır fəlakət zamanı həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan hökuməti və xalqına dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib. Nazir itkin düşmüş şəxslərin tezliklə tapılacağına ümid bəslədiyini bildirib.
C.Bayramov Azərbaycanın hər zaman Gürcüstanın yanında olduğunu, xilasetmə tədbirləri və təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində hər bir yardım göstərməyə hazır olduğunu vurğulayıb.
Nazir İlya Darçiaşvili həmrəyliyə və göstərilən dəstəyə görə minnətdarlığını diqqətə çatdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.