DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan vətəndaşlarının altmış yeddi faizindən çoxu Paşinyana etibar etmir - GALLUP

© AP PhotoNikol Paşinyan, arxiv şəkli
Nikol Paşinyan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.08.2023
Abunə olmaq
Ermənistanda siyasi məhbusların olmasını vətəndaşların 47,2%-i təsdiqləyib, 31,1%-i belə düşünmədiyini, 22,7%-i cavab verməkdə çətinlik çəkdiyini bildirib.
BAKI, 4 avqust — Sputnik. Ermənistan vətəndaşlarının 67%-dən çoxu baş nazir Nikol Paşinyana etibar etmir.
Ermənistan KİV-nin xəbərinə göə, bu barədə "GALLUP Beynəlxalq Assosiasiyası"nın Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, iyulun 25-də baş nazirin mətbuat konfransını vətəndaşların 65%-i izləyib. "N.Paşinyanın cavablarına etibar etmək olarmı?" sualına respondentlərin 16,1%-i müsbət, 14,5%-i "qismən güvənirəm" cavabını verib. Respondentlərin 13,1%-i "çox güvənmirəm", 54,4%-i isə "heç güvənmirəm" cavabını verib. Cavab verməkdə çətinlik çəkənlər isə 1,8% təşkil edib.
"Biz görürük ki, respondentlərin 67%-dən çoxu Paşinyanın cavablarına inanmır və bu, kifayət qədər böyük rəqəmdir", - A.Navasardyan bildirib.
Ermənistanda siyasi məhbusların olmasını vətəndaşların 47,2%-i təsdiqləyib, 31,1%-i belə düşünmədiyini, 22,7%-i cavab verməkdə çətinlik çəkdiyini bildirib.
Respondentlərin əksəriyyəti Respublika Partiyası sədrinin keçmiş müavini Armen Aşotyanı, "İctimai səs" partiyasının rəhbəri Artak Qalstyanı və Vanadzor şəhərinin seçilmiş meri Mamikon Aslanyanı siyasi məhbus adlandırıb. A.Navasardyan qeyd edib ki, bu məlumatlar iyun ayında keçirilən sorğunun cavabları ilə üst-üstə düşür.
Sorğu iştirakçılarının fikrincə, təhlükəsizlik məsələləri ölkədə ən ciddi problemdir. Respondentlərin 32,4%-i müharibə təhlükəsini, 30,4%-i ümumilikdə təhlükəsizlik məsələlərini, 27,8%-i sərhədlərin dəqiqləşdirilməsini qeyd edib. Digər problemlərə iqtisadi vəziyyət, işsizlik, qiymət artımı və s. daxildir.
(Report)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0