https://sputnik.az/20230804/ermenistan-cenubi-qafqazi-yeni-muharibe-burulganina-dartmaga-calisir---politoloq-457411315.html
Ermənistan Cənubi Qafqazı yeni müharibə burulğanına dartmağa çalışır - politoloq
Ermənistan Cənubi Qafqazı yeni müharibə burulğanına dartmağa çalışır - politoloq
Sputnik Azərbaycan
Millət vəkili Elman Nəsirov bildirib ki, Avropa İttifaqının Mülki Missiyasının regiona gəlməsinin özü qeyri-qanuni bir hərəkət idi. 04.08.2023, Sputnik Azərbaycan
2023-08-04T09:32+0400
2023-08-04T09:32+0400
2023-08-04T09:32+0400
ermənistan
təhlil
cənubi qafqaz
müharibə
burulğan
politoloq
avropa ittifaqı
ktmt
mdb
https://cdnn1.img.sputnik.az/img/07e5/08/12/427723306_0:0:2049:1153_1920x0_80_0_0_323198b9a1224c7c773ece9e74c1684e.jpg
BAKI, 4 avqust — Sputnik. Avropa İttifaqının monitorinq missiyası Ermənistanın Sünik bölgəsində - Azərbaycanla sərhəddə yerləşən Qafan şəhərində ikinci əməliyyat mərkəzini açıb. Bu, Ermənistanda dördüncü, Azərbaycanla sərhəddə üçüncü missiya mərkəzidir - qalanları Geqarkunik bölgəsinin Martuni (Qaraqoyunlu), Cermuk (İstisu), Vayots Dzor və Sünik vilayətinin Gorus bölgələrindədir. Avropa Şurasının monitorinq missiyasının rəhbəri Markus Ritter bildirib ki, Aİ Ermənistanda altı belə mərkəzin fəaliyyət göstərməsini planlaşdırır. Xatırladaq ki, bu ilin fevralın 20-də Aİ Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində mülki missiyaya başlayıb. Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Ağasandyan RİA Novosti-yə müsahibəsində bildirib ki, KTMT Ermənistan və Azərbaycan sərhədində müşahidə missiyasının yerləşdirilməsi məsələsinin müzakirəsinə qayıtmağa hazırdır, təşkilat Yerevanın cavabını gözləyir. Görünən odur ki, Azərbaycanla sülh danışıqları aparan Ermənistan öz ərazisini fərqli qütblərdəki dövlətlərin missiyalarının görüş yerinə çevirib. Bəs bu missiyalar Cənubi Qafqazdakı ümumi prosesə necə təsir edəcək? Sputnik Azərbaycan mövzu ilə bağlı millət vəkili Elman Nəsirovun və politoloq İlyas Hüseynovun fikirlərini öyrənib. Millət vəkili Elman Nəsirov bildirib ki, Avropa İttifaqının Mülki Missiyasının regiona gəlməsinin özü qeyri-qanuni bir hərəkət idi və Azərbaycan buna öz etirazını bildirib: "Əvvəl bu missiya mülki idi, tərkibinə Almaniya və Fransa hərbçiləri daxildir. Sonra bu hərbi-mülki missiyaya çevrildi. Proses belə davam edəcəyi təqdirdə bu missiyanın hərbi missiyaya çevrilmə ehtimalı da böyükdür. Bu missiya KTMT-nin Ermənistanla bağlı missiyasına zərbə vura bilər. O da məlumdur ki, Avropa İttifaqı regiondakı missiyasını genişləndirmək niyyətindədir və onun ədalətli, obyektiv fəaliyyət göstərəcəyi inandırıcı deyil". E.Nəsirovun fikrincə, son təxribatları, Ermənistan siyasi rəhbərlərinin yaratdığı şouları nəzərə alsaq görərik ki, missiya gözü qarşısında baş verənləri görməzdən gəlir: "Onların obyektivliyi təmin edə biləcək ciddi mövqeyinə rast gəlmirik. Əksinə Aİ-yə üzv olan ölkələrin səfirləri Ermənistanın mövqeyinə yaxın bir mövqe ortaya qoyurlar. Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələlərinə cavabdeh olan Cozef Borrel ermənipərəst mövqedən çıxış edir. Bu cür yanaşmalar regionda gözlənilən sülh mühitinin yaradılmasına və təhlükəsizliyə ciddi təhdiddir". Deputat bütün bu reallıqlar fonunda Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən danışıqları müsbət hesab edir. Baxmayaraq ki, Aİ-də yekdil mövqe yoxdur və onun tərkibində əksər hallarda Azərbaycana qarşı mövqe ilə çıxış edən Avropa Parlamenti var. Politoloq İlyas Hüseynovun fikrincə, Aİ mülki missiyasının regionda yerləşdirilməsi nəzərdə tutulduğundan fərqli istiqmaətdə fəaliyyət göstərməyə başlayıb: "Missiyanın bölgəyə gəlməsi Praqa görüşündə razılaşdırılmışdı və fəaliyyət dövrü də 2 ay müddətinə nəzərdə tutulmuşdu. Aİ-də dominant rolunda çıxış edən ölkələrdən biri olan Fransanın dəstəyi və himayəsi altında Ermənistana geniş tərkibdə missiya göndərildi. Burada missiya rəhbərinin Almaniya vətəndaşı olması xüsusi olaraq diqqət çəkir". Politoloq bildirib ki, Aİ missiyasının KTMT-yə üzv olan Ermənistanda yerləşdirilməsi özü özlüyündə xüsusi diqqət yetirilməli məqamdır: "Bu ölkə hərbi, iqtisadi baxımdan Rusiyadan asılıdır. KTMT-nin və Avrasiya İqtisadi İttifaqının üzvü olan Ermənistan geopolitik vektorlar arasında reverans etməyə çalışır və hər iki qütblə əlaqələri saxlamaq niyyəti güdür. Lakin bu, Ermənistanın özü üçün acı nəticələr verir və onu geopolitik savaş poliqonuna çevirir". Politoloqun fikrincə, buna səbəb KTMT-nin də öz mülki missiyasını Ermənistan ərazisində yerləşdirməyi düşünməsidir. "Rusiya tərəfi bildirir ki, KTMT müşahidə missiyasının Ermənistan ərazisində yerləşdirilməsi məsələsinə qayıtmaq mümkündür. Bu, həm də Rusiya-Ukrayna müharibəsi fonunda qlobal savaş aparan iki güc mərkəzinin Ermənistan ərazisində yerləşməsinə gətirib çıxaracaq. Bu isə Ermənistan üçün yaxşı heç nə vəd etmir. Ermənistan öz avantürist oyunları ilə Cənubi Qafqazı yeni müharibə burulğanına dartmağa çalışır. Ermənistanın təklifləri regional təhlükəsizlik və sabitliyin qorunması baxımından daha ağır nəticələrə gətirib çıxara bilər" - politoloq qeyd edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/12/427723306_124:0:1665:1156_1920x0_80_0_0_c265ca5809ca6b2224579c2f8fd4ea66.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan, cənubi qafqaz, müharibə, burulğan, politoloq, avropa ittifaqı, ktmt, mdb
ermənistan, cənubi qafqaz, müharibə, burulğan, politoloq, avropa ittifaqı, ktmt, mdb
Ermənistan Cənubi Qafqazı yeni müharibə burulğanına dartmağa çalışır - politoloq
Millət vəkili Elman Nəsirov bildirib ki, Avropa İttifaqının Mülki Missiyasının regiona gəlməsinin özü qeyri-qanuni bir hərəkət idi.
BAKI, 4 avqust — Sputnik. Avropa İttifaqının monitorinq missiyası Ermənistanın Sünik bölgəsində - Azərbaycanla sərhəddə yerləşən Qafan şəhərində ikinci əməliyyat mərkəzini açıb. Bu, Ermənistanda dördüncü, Azərbaycanla sərhəddə üçüncü missiya mərkəzidir - qalanları Geqarkunik bölgəsinin Martuni (Qaraqoyunlu), Cermuk (İstisu), Vayots Dzor və Sünik vilayətinin Gorus bölgələrindədir. Avropa Şurasının monitorinq missiyasının rəhbəri Markus Ritter bildirib ki, Aİ Ermənistanda altı belə mərkəzin fəaliyyət göstərməsini planlaşdırır.
Xatırladaq ki, bu ilin fevralın 20-də Aİ Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində mülki missiyaya başlayıb.
Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Ağasandyan RİA Novosti-yə müsahibəsində bildirib ki, KTMT Ermənistan və Azərbaycan sərhədində müşahidə missiyasının yerləşdirilməsi məsələsinin müzakirəsinə qayıtmağa hazırdır, təşkilat Yerevanın cavabını gözləyir.
Görünən odur ki, Azərbaycanla sülh danışıqları aparan Ermənistan öz ərazisini fərqli qütblərdəki dövlətlərin missiyalarının görüş yerinə çevirib.
Bəs bu missiyalar Cənubi Qafqazdakı ümumi prosesə necə təsir edəcək?
Sputnik Azərbaycan mövzu ilə bağlı millət vəkili Elman Nəsirovun və politoloq İlyas Hüseynovun fikirlərini öyrənib.
Millət vəkili Elman Nəsirov bildirib ki, Avropa İttifaqının Mülki Missiyasının regiona gəlməsinin özü qeyri-qanuni bir hərəkət idi və Azərbaycan buna öz etirazını bildirib:
"Əvvəl bu missiya mülki idi, tərkibinə Almaniya və Fransa hərbçiləri daxildir. Sonra bu hərbi-mülki missiyaya çevrildi. Proses belə davam edəcəyi təqdirdə bu missiyanın hərbi missiyaya çevrilmə ehtimalı da böyükdür. Bu missiya KTMT-nin Ermənistanla bağlı missiyasına zərbə vura bilər. O da məlumdur ki, Avropa İttifaqı regiondakı missiyasını genişləndirmək niyyətindədir və onun ədalətli, obyektiv fəaliyyət göstərəcəyi inandırıcı deyil".
E.Nəsirovun fikrincə, son təxribatları, Ermənistan siyasi rəhbərlərinin yaratdığı şouları nəzərə alsaq görərik ki, missiya gözü qarşısında baş verənləri görməzdən gəlir:
"Onların obyektivliyi təmin edə biləcək ciddi mövqeyinə rast gəlmirik. Əksinə Aİ-yə üzv olan ölkələrin səfirləri Ermənistanın mövqeyinə yaxın bir mövqe ortaya qoyurlar. Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələlərinə cavabdeh olan Cozef Borrel ermənipərəst mövqedən çıxış edir. Bu cür yanaşmalar regionda gözlənilən sülh mühitinin yaradılmasına və təhlükəsizliyə ciddi təhdiddir".
Deputat bütün bu reallıqlar fonunda Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən danışıqları müsbət hesab edir. Baxmayaraq ki, Aİ-də yekdil mövqe yoxdur və onun tərkibində əksər hallarda Azərbaycana qarşı mövqe ilə çıxış edən Avropa Parlamenti var.
Politoloq İlyas Hüseynovun fikrincə, Aİ mülki missiyasının regionda yerləşdirilməsi nəzərdə tutulduğundan fərqli istiqmaətdə fəaliyyət göstərməyə başlayıb:
"Missiyanın bölgəyə gəlməsi Praqa görüşündə razılaşdırılmışdı və fəaliyyət dövrü də 2 ay müddətinə nəzərdə tutulmuşdu. Aİ-də dominant rolunda çıxış edən ölkələrdən biri olan Fransanın dəstəyi və himayəsi altında Ermənistana geniş tərkibdə missiya göndərildi. Burada missiya rəhbərinin Almaniya vətəndaşı olması xüsusi olaraq diqqət çəkir".
Politoloq bildirib ki, Aİ missiyasının KTMT-yə üzv olan Ermənistanda yerləşdirilməsi özü özlüyündə xüsusi diqqət yetirilməli məqamdır: "Bu ölkə hərbi, iqtisadi baxımdan Rusiyadan asılıdır. KTMT-nin və Avrasiya İqtisadi İttifaqının üzvü olan Ermənistan geopolitik vektorlar arasında reverans etməyə çalışır və hər iki qütblə əlaqələri saxlamaq niyyəti güdür. Lakin bu, Ermənistanın özü üçün acı nəticələr verir və onu geopolitik savaş poliqonuna çevirir".
Politoloqun fikrincə, buna səbəb KTMT-nin də öz mülki missiyasını Ermənistan ərazisində yerləşdirməyi düşünməsidir.
"Rusiya tərəfi bildirir ki, KTMT müşahidə missiyasının Ermənistan ərazisində yerləşdirilməsi məsələsinə qayıtmaq mümkündür. Bu, həm də Rusiya-Ukrayna müharibəsi fonunda qlobal savaş aparan iki güc mərkəzinin Ermənistan ərazisində yerləşməsinə gətirib çıxaracaq. Bu isə Ermənistan üçün yaxşı heç nə vəd etmir. Ermənistan öz avantürist oyunları ilə Cənubi Qafqazı yeni müharibə burulğanına dartmağa çalışır. Ermənistanın təklifləri regional təhlükəsizlik və sabitliyin qorunması baxımından daha ağır nəticələrə gətirib çıxara bilər" - politoloq qeyd edib.