SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanın fəaliyyəti həmişə BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına əsaslanır - XİN

© Photo : MFAAyxan Hacızadə
Ayxan Hacızadə - Sputnik Azərbaycan, 1920, 04.08.2023
Abunə olmaq
XİN rəsmisi qeyd edib ki, Ermənistan 28 il ərzində danışıqlardan imtina edib, bütün sülh təkliflərini rədd edib, "Qarabağ Ermənistandır" deyə iddia edib, Azərbaycanı "yeni ərazilər uğrunda yeni müharibə" ilə hədələyib.
BAKI, 4 avqust — Sputnik. 44 günlük müharibə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin və kütləvi etnik təmizləmə aparmasının nəticəsində yaranan azadlıq müharibəsi idi.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanın səsləndirdiyi fikirlərə cavab olaraq "Twitter"də yazıb.
Diplomat bildirib ki, Ermənistan 28 il ərzində danışıqlardan imtina edib, bütün sülh təkliflərini rədd edib, "Qarabağ Ermənistandır" deyə iddia edib, Azərbaycanı "yeni ərazilər uğrunda yeni müharibə" ilə hədələyib.

"Azərbaycanın fəaliyyəti həmişə daxili qanunlara, o cümlədən BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına əsaslanır", - XİN sözçüsü əlavə edib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0