SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan Zəngəzur dəhlizinin açılması üçün işini görür, növbə Ermənistanındır - Ekspert

© Sputnik / Murad Orujov"Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko, arxiv
Milli Müdafiə jurnalının baş redaktoru İqor Korotçenko, arxiv - Sputnik Azərbaycan, 1920, 04.08.2023
Abunə olmaq
Ekspert bildirir ki, Moskva regionda nəqliyyat kommunikasiyalarının açılmasının və üçtərəfli bəyanatda qeyd olunan müddəaların tam şəkildə həyata keçirilməsinin tərəfdarıdır.
BAKI, 4 avqust - Sputnik. Rusiya Zəngəzur dəhlizinin açılmasını vacib sayır. Bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko deyib.

“Rusiya dəfələrlə bu infrastruktur layihəsinin açılmasının vacibliyini vurğulayıb. Bu, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda da qeyd olunub. Hər halda, Moskva regionda nəqliyyat kommunikasiyalarının açılmasının və üçtərəfli bəyanatda qeyd olunan müddəaların tam şəkildə həyata keçirilməsinin tərəfdarıdır", - deyə Korotçenko bildirib.

Politoloq xatırladıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan ötən ilin sonunda Zəngəzur dəhlizinin açılmasından rəsmən imtina edib:
“Öz növbəsində, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edir ki, bu proses həyata keçiriləcək. Azərbaycan tərəfi öz üzərinə düşən işi görür. Müvafiq olaraq, növbə Ermənistan tərəfinindir. Axı Zəngəzur dəhlizinin açılmasının alternativi yoxdur”, - deyə ekspert bildirib.
(Report)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0