Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ukrayna əks-hücumunun ikinci mərhələsi uğursuzluğun davamıdır

© AFP 2023 / ANATOLII STEPANOVUSQ
USQ - Sputnik Azərbaycan, 1920, 03.08.2023
Abunə olmaq
Qərbin elan etdiyi Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun ikinci mərhələsinin başlaması birinci hücumun uğursuzluğundan heç nə ilə fərqlənmir.
Qərb mediasının Ukraynanın "yavaş, lakin düzgün" hücumu ilə bağlı mifologiyasına zidd olaraq, cəbhədə hadisələr sürətlə və əks istiqamətdə inkişaf edir. Əslində isə Ukrayna Silahlı Qüvvələri (USQ) iki ay ərzində "başlarını divara vurur", canlı qüvvə və texnikada böyük itkilər verir, sarsıdıcı məğlubiyyətə uğrayırlar. Rusiya qoşunları bir neçə istiqamətdə irəliləyir, yaşayış məntəqələrini azad edir və düşmənin operativ arxa hissəsinin bütün dərinliyinə, Polşa və Rumıniyanın şərq sərhədlərinə qədər daha fəal şəkildə birləşmiş zərbələr endirirlər. Kiyev rejimi 2023-cü ildə son aylarını yaşayır.
Ukrayna ordusu iyunun 4-dən etibarən xüsusi hərbi əməliyyat (XHƏ) zonasında NATO təlimatçıları tərəfindən təlim keçənlər də daxil olmaqla 26 mindən çox əsgərini itirib. İki ay ərzində Rusiyanın zərbələri nəticəsində USQ-nin 400-dən çox tankı yanıb, bunların da üçdə ikisi Qərb tanklarıdır. 900-dən çox digər zirehli texnika, o cümlədən ABŞ-ın onlarla "Bradley" piyada döyüş maşını (PDM) məhv edilib. Ukraynanın "Baxmutu geri almaq" cəhdləri uğursuz olub, Zaporojye istiqamətində hücum fəaliyyəti dayanıb.
Rusiya qoşunlarının Svatovo-Kremennaya-Kupyansk cəbhəsində uğurla irəliləməsi Ukrayna Silahlı Qüvvələrinin komandanlığını ehtiyatları şimala, Xarkov vilayətinə yerləşdirməyə və bununla da əvvəlcə Melitopol və Berdyans istiqamətinə (əsas hücum istiqaməti) yönəlmiş cənub qoşun qruplaşmasını zəiflətməyə məcbur edib. Qərb ən çox 155 mm-lik kalibrli artilleriya mərmilərinin əvəzedilməz çatışmazlığı və yaxın beş ildə arsenalların doldurulmasına ümidlərin olmamasından narahatdır. Rusiya şərtləri ilə RF ilə danışıqların "Damokl qılıncı" (bu ifadə bu gün "təhdid", "təhlükə" mənasında da istifadə olunur) Vaşinqton, Brüssel, London və Kiyevin başları üzərindədir.
Qərbin elan etdiyi Ukrayna Silahlı Qüvvələrinin "əks-hücum"un ikinci mərhələsinin başlaması birinci hücumun uğursuzluğundan heç də fərqlənmir. Rusiyanın müdafiə naziri Sergey Şoyqu iyulun 31-də bildirib ki, yalnız iyulun 26-27-də Zaporojye istiqamətindəki Rabotino kəndi ərazisində USQ 400 əsgərini, 30-dan çox tankını və 30 digər zirehli maşınlarını itirib.
Rusiya qoşunları iyulun 31-nə keçən gecə düşmənin Xarkov, Xerson, Slavyansk, Kramatorskdakı obyektlərinə, eləcə də Zaporojye vilayətinin Orexov və Dnepropetrovskdakı USQ-nin ehtiyat hissələrinə birləşmiş zərbələr endiriblər. Odessa, Nikolayev, Oçakov, İzmail, Renidə Ukrayna Silahlı Qüvvələrinin liman infrastrukturu məhv edilib.
Kiyev rejimi Rusiya Silahlı Qüvvələrinin (RSQ) nəzarətində olan Staromayorskoye kəndi ərazisindəki uğurları haqqında vaxtından əvvəl məlumat verib. Svatovskiy rayonunda USQ-nin bölmələri Novoyeqorovka və Nadejda kəndləri arasındakı yüksəkliklərdən çıxarılıb. Rusiyanın Limanskoye istiqamətindəki hücumu iki gün ərzində Luqansk və Xarkov vilayətinin qovşağında cəbhə boyunca 12 km və düşmən müdafiəsinin dərinliyinə 3 km irəliləməyə imkan verib. Krım yarımadası NATO-nun ukraynalı marionetləri üçün "əlçatmazlıq qütbü" olaraq qalır.
Reallığa qayıdış
İyunun 4-dən etibarən Ukrayna Silahlı Qüvvələrinin əsas səyləri Zaporojye istiqamətində cəmlənib. Azov dənizinə və Krıma sürətli çıxışla yanaşı, Zaporojye atom elektrik stansiyasının (ZAES) ələ kemirilməsi məqsədi ilə Enerqodarda da taktiki eniş planlaşdırılıb. Lakin Ukrayna qoşunlarının qüvvələri, vasitələri və döyüş hazırlığı əvvəldən tapşırıqların miqyasına və mürəkkəbliyinə uyğun gəlməyib. Çox səviyyəli kəşfiyyat, zərbə aviasiyası, artilleriya və ən güclü, mütəmadi olaraq doldurulmuş mina baryerlərinin üstünlüyü ilə Rusiyanın dərin eşelonlaşdırılmış müdafiəsi NATO qoşunları ilə birbaşa toqquşma ümidi ilə yaradılıb. Təsadüfi deyil ki, Pentaqon öz planlarının iflasa uğradığını və Ukraynadakı amerikalı generalların ölümünü gizlətməyə çalışır. Ukrayna Silahlı Qüvvələrinin "əks-hücum"u niyə başlayıb?
Qərb qaçılmaz geosiyasi uğursuzluğun miqyasını və Kiyev marionetlərinin hipotetik uğurunun nəticələrini çoxdan dərk ediblər. "Ukrayna layihəsi" açıq şəkildə ABŞ və NATO-nun ümidlərini doğrultmayıb, lakin Ukrayna Silahlı Qüvvələrinin qurban verməsi Rusiyanın bir müddət problemlərlə "yüklənməsinə", Qərb "hegemonluğunun" parçalanmış hissələrini qoruyub saxlanmasına, çoxqütblü dünyanın, bərabər və bölünməz beynəlxalq təhlükəsizlik sisteminin formalaşmasını ləngitməyə imkan verəcək.
Amerikalılar Ukraynada Rusiya nəzarətinin genişləndirilməsinin qaçılmazlığını dərk ediblər və köhnəlmiş "Abrams" tanklarının və eyni dərəcədə istifadə olunmuş dördüncü nəsil F-16 qırıcılarının tədarükünü sürətləndirmək niyyətindədirlər. Qeyd edək ki, yalnız Rusiya Aerokosmik Qüvvələri ilə kəmiyyət bərabərliyi üçün Qərb sponsorlarının silah-sursat, pilotların və texniki işçilərin təlim xərclərini nəzərə almadan USQ-yə 100 milyard dollar məbləğində 1000-ə yaxın ABŞ istehsalı olan qırıcıları vermək lazımdır. Ukrayna Silahlı Qüvvələrinin döyüş idarəetmə sistemini qorumaq üçün Pentaqon İlon Maskın USQ-ni peyk rabitəsindən ayırmaması üçün 500 "Starlink" terminalını satın alıb. Xatırladım ki, Rusiyanın "Tobol" radioelektron mebarizə sistemləri bu sistemi getdikcə daha çox sıradan çıxarır.
Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda keçirilən "Rusiya-Afrika" sammitində Moskvanın NATO ilə birbaşa toqquşmada iştirak etməsini istəmədiyini, lakin buna da hazır olduğunu bildirib. Bu, sadəcə nitq ifadəsi deyil. Rusiya ordusu gücünü və döyüş qabiliyyətini artırır, Müdafiə Sənayesi silah və sursat istehsalını il ərzində 10 dəfədən çox artırıb. Qərbin Ukrayna Silahlı Qüvvələrinin proksi-qələbəsinə olan ümidləri gözümüzün qabağında yox olur. Texnoloji cəhətdən bərabər düşmənlə qarşıdurmada NATO ölkələrinin hərbi doktrinası və hərbi sənaye kompleksi əvvəlki "üçüncü dünya" ölkələrinə nisbətən daha az təsirli olub. Ukraynanın demilitarizasiyası və denasifikasiyası getdikcə daha aydın müvəqqəti və coğrafi konturlar əldə edir.
Xəbər lenti
0