https://sputnik.az/20230803/turkiye-cop16-ya-ev-sahibliyi-etmekden-imtina-edib-457416007.html
Türkiyə COP16-ya ev sahibliyi etməkdən imtina edib
Türkiyə COP16-ya ev sahibliyi etməkdən imtina edib
Sputnik Azərbaycan
Əvvəlki COP15 biomüxtəliflik konfransı 2022-ci ilin dekabrında Kanadanın Monreal şəhərində keçirilmişdi. 03.08.2023, Sputnik Azərbaycan
2023-08-03T19:27+0400
2023-08-03T19:27+0400
2023-08-03T19:27+0400
türkiyə
dünya xəbərləri
imtina
konfrans
ev sahibi
kanada
https://cdnn1.img.sputnik.az/img/41869/26/418692677_0:321:3071:2048_1920x0_80_0_0_5f616196367071a6dd055bb9bc0eab36.jpg
BAKI, 3 avqust — Sputnik. Ankara 2024-cü ildə keçiriləcək BMT-nin Biomüxtəliflik Konfransına (COP16) ev sahibliyi etməkdən imtina edib. Bu barədə BMT-nin yaydığı bəyanatda deyilir. "Katiblik Konvensiya tərəflərini xəbərdar edir ki, Türkiyə 2023-cü ilin fevralında baş vermiş üç dağıdıcı zəlzələ nəticəsində yaranmış fors-major vəziyyətə görə XVI Konfransa (COP16) ev sahibliyi etmək və sədrliyə namizədliyini geri götürdüyü barədə məlumat verib", - bəyanatda bildirilir. Katiblik bütün maraqlı tərəfləri təcili olaraq konfransa müraciət etməyə çağırıb. Katiblik tədbir üçün artıq razılaşdırılmış tarixlərə - 2024-cü il oktyabrın 21-dən noyabrın 1-dək - riayət etməyi və ya onun bu tarixlərə yaxın keçirilməsini təklif edir. Əvvəlki COP15 biomüxtəliflik konfransı 2022-ci ilin dekabrında Kanadanın Monreal şəhərində keçirilmişdi. Fevralın əvvəlində Türkiyə və Suriyada güclü zəlzələlər baş verib, nəticədə 50 mindən çox insan həlak olub. Təbii fəlakətdən dəyən ziyan 91 milyard dollar həcmində qiymətləndirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41869/26/418692677_82:0:2813:2048_1920x0_80_0_0_aebe01639cc14ced912dda29601d1198.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, imtina, konfrans, ev sahibi, kanada
türkiyə, imtina, konfrans, ev sahibi, kanada
Türkiyə COP16-ya ev sahibliyi etməkdən imtina edib
Əvvəlki COP15 biomüxtəliflik konfransı 2022-ci ilin dekabrında Kanadanın Monreal şəhərində keçirilmişdi.
BAKI, 3 avqust — Sputnik. Ankara 2024-cü ildə keçiriləcək BMT-nin Biomüxtəliflik Konfransına (COP16) ev sahibliyi etməkdən imtina edib. Bu barədə BMT-nin yaydığı bəyanatda deyilir.
"Katiblik Konvensiya tərəflərini xəbərdar edir ki, Türkiyə 2023-cü ilin fevralında baş vermiş üç dağıdıcı zəlzələ nəticəsində yaranmış fors-major vəziyyətə görə XVI Konfransa (COP16) ev sahibliyi etmək və sədrliyə namizədliyini geri götürdüyü barədə məlumat verib", - bəyanatda bildirilir.
Katiblik bütün maraqlı tərəfləri təcili olaraq konfransa müraciət etməyə çağırıb. Katiblik tədbir üçün artıq razılaşdırılmış tarixlərə - 2024-cü il oktyabrın 21-dən noyabrın 1-dək - riayət etməyi və ya onun bu tarixlərə yaxın keçirilməsini təklif edir.
Əvvəlki COP15 biomüxtəliflik konfransı 2022-ci ilin dekabrında Kanadanın Monreal şəhərində keçirilmişdi.
Fevralın əvvəlində Türkiyə və Suriyada güclü zəlzələlər baş verib, nəticədə 50 mindən çox insan həlak olub. Təbii fəlakətdən dəyən ziyan 91 milyard dollar həcmində qiymətləndirilir.