https://sputnik.az/20230803/turkiyde-ayliq-inflyasiya-kecen-ilin-yanvarindan-beri-en-yuksek-hedde-catib-457399320.html
Türkiyədə inflyasiya keçən ilin yanvarından bəri ən yüksək həddə çatıb
Türkiyədə inflyasiya keçən ilin yanvarından bəri ən yüksək həddə çatıb
Sputnik Azərbaycan
Türk lirəsi sürətlə ucuzlaşır, qiymətlər isə durmadan qalxır
2023-08-03T13:02+0400
2023-08-03T13:02+0400
2023-08-04T00:05+0400
lirə
dünya xəbərləri
türkiyə
inflyasiya
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/13/434355545_0:0:3073:1728_1920x0_80_0_0_dffa4837b3d5b26cf2e35abdbdfbdad6.jpg
BAKI, 3 avqust — Sputnik. Türkiyədə aylıq inflyasiya 2022-ci ilin yanvarından bəri ən yüksək səviyyəyə çatıb. Türkiyə Statistika Təşkilatının açıqladığı məlumatlara görə, iyul ayında aylıq inflyasiya maaş və vergi tənzimləmələri, yanacaq qiymətlərindəki artım səbəbiylə 2022-ci ilin yanvarından bu yana ən yüksək səviyyəyə yüksəlib. İllik inflyasiyada son aylarda müşahidə edilən azalma iyul ayında başa çatıb. Belə ki, iyul ayında Türkiydə aylıq inflyasiya 9,49%, illik inflyasiya isə 47,83% təşkil edib. Ötən ay ən yüksək aylıq artım 17,75% ilə nəqliyyat sahəsində qeydə alınıb. Sonrakı yerlərdə isə 13,61% artım ilə səhiyyə, 11,92% artım ilə restoran və otellər gəlir. İnflyasiyanın yeni yüksəliş tendensiyası gözləntiləri Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) proqnozlarında da öz əksini tapıb və TCMB ilin sonuna inflyasiya gözləntisini 22,3%-dən 58%-ə qaldırıb. Xatırladaq ki, bu ilin iyulun 16-na keçən gecə Türkiyədə benzin və dizel yanacağının qiymətləri 20% artıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/13/434355545_48:0:2779:2048_1920x0_80_0_0_ac80bc392735496c8485ea840665489f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
türkiyə lirə inflyasiya
Türkiyədə inflyasiya keçən ilin yanvarından bəri ən yüksək həddə çatıb
13:02 03.08.2023 (Yenilənib: 00:05 04.08.2023) İnflyasiyanın yeni yüksəliş tendensiyası gözləntiləri Türkiyə Respublikası Mərkəzi Bankının proqnozlarında da öz əksini tapıb və ilin sonuna inflyasiya gözləntisi 22,3%-dən 58%-ə qaldırılıb.
BAKI, 3 avqust — Sputnik. Türkiyədə aylıq inflyasiya 2022-ci ilin yanvarından bəri ən yüksək səviyyəyə çatıb.
Türkiyə Statistika Təşkilatının açıqladığı məlumatlara görə, iyul ayında aylıq inflyasiya maaş və vergi tənzimləmələri, yanacaq qiymətlərindəki artım səbəbiylə 2022-ci ilin yanvarından bu yana ən yüksək səviyyəyə yüksəlib.
İllik inflyasiyada son aylarda müşahidə edilən azalma iyul ayında başa çatıb. Belə ki, iyul ayında Türkiydə aylıq inflyasiya 9,49%, illik inflyasiya isə 47,83% təşkil edib.
Ötən ay ən yüksək aylıq artım 17,75% ilə nəqliyyat sahəsində qeydə alınıb. Sonrakı yerlərdə isə 13,61% artım ilə səhiyyə, 11,92% artım ilə restoran və otellər gəlir.
İnflyasiyanın yeni yüksəliş tendensiyası gözləntiləri Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) proqnozlarında da öz əksini tapıb və TCMB ilin sonuna inflyasiya gözləntisini 22,3%-dən 58%-ə qaldırıb.
Xatırladaq ki, bu ilin iyulun 16-na keçən gecə Türkiyədə benzin və dizel yanacağının qiymətləri 20% artıb.