https://sputnik.az/20230803/tbiliside-azerbaycanli-is-adamina-silahli-hucum-olub-457419336.html
Tbilisidə azərbaycanlı iş adamına silahlı hücum olub
Tbilisidə azərbaycanlı iş adamına silahlı hücum olub
Sputnik Azərbaycan
Polisin hazırda cinayətkarı axtardığı, yaralama anının təhlükəsizlik kamerasına düşdüyü bildirilib. 03.08.2023, Sputnik Azərbaycan
2023-08-03T20:10+0400
2023-08-03T20:10+0400
2023-08-03T20:10+0400
hadisə
tbilisi
silahlı
insident
silahlı insident
iş adamı
hücum
ticarət mərkəzi
https://cdnn1.img.sputnik.az/img/42207/92/422079217_0:0:3077:1731_1920x0_80_0_0_ea9cfc9858a5ec661209dd8d26c21883.jpg
BAKI, 3 avqust - Sputnik. Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən “Lilo Mall” ticarət mərkəzində silahlı insident baş verib.Silahlı hücuma məruz qalan iş adamı etnik azərbaycanlı Roman İsayevdir.APA xəbər verir ki, bu barədə “TV Pirveli” məlumat yayıb.Bildirilib ki, başından güllə yarası almış biznesmen xəstəxanaya çatdırılıb, həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. Roman İsayevin süni tənəffüs aparatına qoşulduğu bildirilir.Məlumata görə, silahlı şəxs ticarət mərkəzində tekstil mağazasının sahibi olan Roman İsayevdən söhbət etmək üçün küçəyə çıxmasını istəyib, lakin sonuncu buna rədd cavabı verib. Bundan sonra şübhəli atəş açaraq onu yaralayıb və daha sonra ərazidən qaçıb.Polisin hazırda cinayətkarı axtardığı, yaralama anının təhlükəsizlik kamerasına düşdüyü bildirilib.Faktla bağlı cinayət işi açılıb.
tbilisi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42207/92/422079217_132:0:2863:2048_1920x0_80_0_0_0f49cdb48219530a32b8fccd29c51f0f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tbilisi, silahlı, insident, silahlı insident, iş adamı, hücum, ticarət mərkəzi
tbilisi, silahlı, insident, silahlı insident, iş adamı, hücum, ticarət mərkəzi
Tbilisidə azərbaycanlı iş adamına silahlı hücum olub
Polisin hazırda cinayətkarı axtardığı, yaralama anının təhlükəsizlik kamerasına düşdüyü bildirilib.
BAKI, 3 avqust - Sputnik. Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən “Lilo Mall” ticarət mərkəzində silahlı insident baş verib.
Silahlı hücuma məruz qalan iş adamı etnik azərbaycanlı Roman İsayevdir.
APA xəbər verir ki, bu barədə “TV Pirveli” məlumat yayıb.
Bildirilib ki, başından güllə yarası almış biznesmen xəstəxanaya çatdırılıb, həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. Roman İsayevin süni tənəffüs aparatına qoşulduğu bildirilir.
Məlumata görə, silahlı şəxs ticarət mərkəzində tekstil mağazasının sahibi olan Roman İsayevdən söhbət etmək üçün küçəyə çıxmasını istəyib, lakin sonuncu buna rədd cavabı verib. Bundan sonra şübhəli atəş açaraq onu yaralayıb və daha sonra ərazidən qaçıb.
Polisin hazırda cinayətkarı axtardığı, yaralama anının təhlükəsizlik kamerasına düşdüyü bildirilib.
Faktla bağlı cinayət işi açılıb.