DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Senator: Ukrayna beynəlxalq ictimaiyyətin rəyinə məhəl qoymur

© AFP 2024 / ANATOLII STEPANOVВСУ
ВСУ - Sputnik Azərbaycan, 1920, 03.08.2023
Abunə olmaq
BMT-nin baş katibinin sözçünün müavini Fərhan Haq brifinqdə Ukrayna PUA-sının Moskvaya endirdiyi son zərbə ilə bağlı deyib ki, BMT mülki infrastruktura hücumlara qarşıdır və onların dayandırılmasını tələb edir.
BAKI, 3 avqust — Sputnik. Kiyev beynəlxalq ictimaiyyətin rəyinə məhəl qoymadığını açıq şəkildə bildirir. Bunu Rusiya Federasiya Şurasının beynəlxalq komitəsi sədrinin birinci müavini Vladimir Cabarov öz teleqram kanalında bildirib.
"Kiyev rejimi açıq şəkildə beynəlxalq ictimaiyyətin rəyinə məhəl qoymadığını bildirir. Əvvəllər BMT Kiyev xuntasının Rusiyadakı mülki hədəflərə törətdiyi terror aktlarını pisləyib. Sonra Zelenski zərbələrin davam edəcəyini açıqladı. Cəzasızlığa görə Kiyevdəki nasistlər açıq şəkildə ən mötəbər beynəlxalq təşkilatın qərarlarına tüpürür. Belə görünür ki, Qərb Ukrayna prezidenti və onun ətrafına təsir rıçaqlarını itirir", - senator yazıb.
O, qeyd edib ki, beynəlxalq terrorçular yalnız gücün diktəsini qəbul edirlər.
"Bu, o deməkdir ki, Rusiyanın hərəkətləri təkcə öz suverenliyi üçün deyil. Xüsusi Hərbi Əməliyyatın vəzifələri tam yerinə yetiriləcək. Rusiyanın bu missiyası getdikcə daha çox dəstək alır. Rusiya beynəlxalq təhlükəsizliyin təminatçısı statusunu nümayiş etdirir", - Cabarov vurğulayıb.
BMT-nin baş katibinin sözçünün müavini Fərhan Haq brifinqdə Ukrayna PUA-sının Moskvaya endirdiyi son zərbə ilə bağlı bildirib ki, BMT mülki infrastruktura hücumlara qarşıdır və onların dayandırılmasını tələb edir.
Bundan əvvəl Vladimir Zelenski Rusiya ərazisinə yeni zərbələrin hazırlandığını açıqlamışdı.
Avqustun 1-də Moskva meri Sergey Sobyanin paytaxta yaxınlaşmaq istəyən bir neçə pilotsuz təyyarənin hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu, onlardan birinin Moskva şəhərinə uçduğunu bildirib.
İyulun 30-da Rusiya Federasiyasının bir neçə regionu Ukraynaya məxsus pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Belə ki, onlardan biri Moskva vilayətində vurulub.
Xəbər lenti
0