SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Paşinyan Rusiya sülhməramlılarından cavab gözləyir

© Sputnik / Михаил МетцельMoskvada Putin Əliyev və Paşinyan arasında üçtərəfli görüş
Moskvada Putin Əliyev və Paşinyan arasında üçtərəfli görüş - Sputnik Azərbaycan, 1920, 03.08.2023
Abunə olmaq
İyulun 26-da Ermənistan hökuməti Qarabağa 400 ton humanitar yardım göndərib.
BAKI, 3 avqust — Sputnik. Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti Ermənistan hökumətinin göndərdiyi humanitar yükün bölgəyə çatdırılmamasının səbəblərini izah etməlidir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
"Azərbaycan Prezidentinin "Euronews" telekanalına müsahibəsində Laçın dəhlizinin bağlanmaması barədə bəyanatından sonra Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin niyə humanitar yardımların çatdırılmasını təmin etməmələrinin izahatını dinləmək lazımdır", - Paşinyan bildirib.
O qeyd edib ki, Rusiya sülhməramlıları tərəfindən bu məsələyə aydınlıq gətirilməsini vacib hesab edir.
"Bizim aidiyyatı qurumlarımız bu məsələ üzərində işləməlidir", - Paşinyan əlavə edib.
İyulun 26-da Ermənistan hökuməti Qarabağa 400 ton "humanitar yardım" göndərib. 19 ağır yük maşınından ibarət karvan Ermənistanın Laçın dəhlizi ilə sərhəddə yerləşən Kornidzor qəsəbəsi ərazisində gözləyir.
Xəbər lenti
0