Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

MİQ üzrə vakansiya seçiminə dair məlumatlar açıqlanıb

© AR Ministry of EducationMüəllim olmaq istəyənlər üçün keçirilən imtahan, arxiv şəkli
Müəllim olmaq istəyənlər üçün keçirilən imtahan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.08.2023
Abunə olmaq
Bu il Azərbaycan və rus bölməsi üzrə ümumilikdə 10 000-dən artıq vakant yer müəllimlərin işə qəbulu üzrə müsabiqəyə təqdim edilib.
BAKI, 3 avqust - Sputnik. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə dair məlumatlar açıqlanıb.
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzidən APA-ya bildirilib ki, ötən il müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsində olduğu kimi, cari ildə də Azərbaycan bölməsi üzrə Azərbaycan dili və ədəbiyyat, coğrafiya, fransız dili, ibtidai sinif, tarix və texnologiya fənlərindən müsabiqəyə təqdim olunmuş bütün vakansiyalar namizədlər tərəfindən tutulub.
Azərbaycan dili, alman dili, fiziki tərbiyə, informatika, kimya, musiqi, rus dili və ədəbiyyatı, təsviri incəsənət fənlərində həm Azərbaycan, həm də rus bölməsi üzrə vakant yerləri tutmuş namizədlərin sayı ötən illə müqayisədə artıb.
Qeyd edək ki, bu il Azərbaycan və rus bölməsi üzrə ümumilikdə 10 000-dən artıq vakant yer müəllimlərin işə qəbulu üzrə müsabiqəyə təqdim edilib.
Xəbər lenti
0