https://sputnik.az/20230803/meseli-cinayetine-gore-daha-sekkiz-neferin-sexsiyyeti-mueyyenlesib-457409565.html
Meşəli cinayətinə görə daha səkkiz nəfərin şəxsiyyəti müəyyənləşib
Meşəli cinayətinə görə daha səkkiz nəfərin şəxsiyyəti müəyyənləşib
Sputnik Azərbaycan
İstintaq zamanı 9 erməni milliyyətindən olan silahlı şəxsin şəxsiyyəti müəyyənləşib və onlar axtarışa verilib 03.08.2023, Sputnik Azərbaycan
2023-08-03T21:41+0400
2023-08-03T21:41+0400
2023-08-03T21:41+0400
soyqırım
azərbaycan xəbərləri
müsahibə
baş prokurorluq
vaqif xaçaturyan
cinayət
ermənilər
https://cdnn1.img.sputnik.az/img/07e5/02/1a/426333964_0:0:1000:563_1920x0_80_0_0_98033101f9cad30b6f65fad93585c0fe.jpg
BAKI, 3 avqust — Sputnik. Meşəli soyqırımına görə daha səkkiz nəfərin şəxsiyyəti müəyyənləşib və onlar axtarışa verilib. Bu barədə baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərovun APA-ya müsahibəsində qeyd olunub. Müsahibəni olduğu kimi təqdim edirik: - "Laçın" sərhəd-buraxılış məntəqəsində Meşəli soyqırımına görə saxlanılan Vaqif Xaçatryanla bağlı hansı istintaq hərəkətləri aparılır? Vaqif Xaçatryanın ilkin dindirilməsi baş tutub? O, törətdiyi əməlləri etiraf edib? - Vaqif Xaçatryan saxlanıldıqdan sonra ilkin olaraq onun tibbi müayinəsi keçirilib, o, tibbi müəssisəsinə köçürülüb. Səhhəti ilə bağlı həkimlər tərəfindən müayinəsi aparılıb. Tibbi müayinəsi aparıldıqdan sonra isə vəkillə və tərcüməçi ilə təmin edilib. Vaqif Xaçatryana qarşı verilmiş ittihamlar elan edilib və ilkin dindirilmə keçirilib. Hazırda onunla bağlı digər istintaq hərəkətləri aparılır. - Vaqif Xaçatryanın Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşamasına dair əvvəlcədən hüquq-mühafizə orqanlarında məlumat var idi? - Vaqif Xaçatryanla bağlı axtarış qərarı 2013-cü ildən qəbul edilib. Bundan sonra Azərbaycan hüquq-mühafizə orqanları axtarışda olan şəxslərlə bağlı əməliyyat-axtarış işlərinə başlayıb və bu istiqamətdə işlər aparılır, eyni zamanda, azərbaycanlılara qarşı cinayət hadisəsi törədən təqsirləndirilən şəxslər barəsində müvafiq əməliyyat məlumatları toplanılır. - Meşəli soyqırımı ilə bağlı Vaqif Xaçatryandan savayı daha neçə nəfərin əməlində cinayət tərkibi müəyyən edilib? - İlkin olaraq istintaq zamanı 9 erməni milliyyətindən olan silahlı şəxsin şəxsiyyəti müəyyənləşib və onlar axtarışa verilib. Onlardan Vaqif Xaçatryan tutularaq istintaqa təhvil verilib. Axtarışda olan şəxslərin, o cümlədən cinayətin digər iştirakçılarının müəyyən edilməsi istiqamətində istintaq hərəkətləri aparılır. - Ermənistan tərəfi, o cümlədən adıçəkilən ölkənin ictimai-siyasi dairələri hadisənin 30 il əvvəl törədildiyini və cinayət məsuliyyətinə cəlbetmə müddətinin başa çatdığına dair fikirlər səsləndirirlər. Bundan başqa, Azərbaycan qanunvericiliyində də var ki, yaşı 65-dən çox olan şəxs 10 ildən artıq azadlıqdan məhrum edilə bilməz. Bu amil Vaqif Xaçatryana şamil edilə bilər? - Sülh və müharibə əleyhinə, habelə insanlıq əleyhinə törədilən cinayətlərdə cinayətə cəlbetmə müddətinin keçməsi nəzərə alınmır. Bu, adıçəkilən cinayətləri törədənlərə şamil edilmir. Hazırda Vaqif Xaçatryan barəsində istintaq aparılır. İndidən onun hansı formada cəzalandırılması, hansı müddətə azadlıqdan məhrum edilməsi ilə bağlı fikir bildirmək olmaz. Bu, hüquqi baxımdan düzgün deyil, həm də təqsirsizlik prezumpsiyasına ziddir. Çünki şəxsin barəsində məhkəmə hökmü yoxdur. İstintaq yekunlaşdıqdan sonra Vaqif Xaçatryan barəsində toplanmış sübutlar kifayət edəcəyi təqdirdə ittiham aktı tərtib ediləcək və cinayət işi baxılması üçün məhkəməyə göndəriləcək. Məhkəmə baxışı zamanı hansı bir cəza təyinindən, yüngülləşdirici-ağırlaşdırıcı haldan söhbət gedə bilər. Əgər yüngülləşdirici hal varsa, Vaqif Xaçatryana şamil ediləcək. Çünki, o, Azərbaycan Respublikasının vətəndaşıdır. Digər vətəndaşlarımızın yararlandığı hüquqlardan o da istifadə edəcək. - Etiraf edək ki, Vaqif Xaçatryanın saxlanılması bir qədər gözlənilməz oldu. Artıq insanlarda digər canilərin də tutularaq cəzalarını alacaqlarına dair ümidlər yaranıb. Digərlərinin – Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan kimilərinin istintaqı nə yerdədir? Üstəlik adları çəkilənlərin barələrində Ermənistanda da cinayət işləri açılıb... - Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən elan edilib ki, Azərbaycan xalqına qarşı cinayət törətmiş şəxslərlə bağlı istintaq aparılır. Meşəli ilə bağlı aparılan istintaq da göstərdi ki, 1992-ci ildən etibarən bu işlər aparılır. Adını sadaladığınız və sadalamadığınız digər şəxslərlə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda, Hərbi Prokurorluqda müxtəlif istintaq hərəkətləri aparılır. Onların bir çoxu barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə qərarları var. Həmin şəxslərin axtarışı elan edilib. Hazırda axtarış tədbirləri davam etdirilir. Dəfələrlə elan edilib, indi də qeyd edirik ki, onların cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək. Onların törətdikləri əməllər sülh və insanlıq əleyhinə cinayətlərdir. Həmin cinayətlərlə bağlı cəlbetmə müddəti yoxdur. Siyasi proseslərlə əlaqədar bu müddət ertələnə bilər. Amma hər halda həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi və ədalət mühakiməsinə çıxarılması təmin ediləcək. - İki ölkə arasında sülh danışıqları uğurla nəticələnsə, Koçaryan, Sarkisyan, Ohanyan və digərlərinin Azərbaycana ekstradisiyası, təhvil verilməsi hüquqi baxımdan nə qədər realdır? - Bu suala cavab vermək üçün hələ tezdir. Ermənistan və Azərbaycanın hüquq-mühafizə orqanları arasında hüquqi məsələlər formalaşmayıb. Gələcəkdə proseslərin inkişafını gözləməliyik. - Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyev artıq bir neçə dəfə Rusiya tərəfinin təşəbbüsü ilə erməni həmkarı ilə görüşlər keçirib. Bəs, bu görüşlərdə Qarabağ bölgəsində törədilən müharibə cinayətləri müzakirə mövzusu olub? - Cənab Prezidentin Ermənistanın Baş naziri ilə görüşlərindən sonra Rusiyanın vasitəçiliyi ilə iki ölkənin Baş prokurorları arasında görüş keçirilib. Bu görüşlər bir neçə dəfə baş tutub. Bu görüşlərdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi qeyd edilib. Gələcəkdə bu istiqamətdə işlərin görülməsi ilə bağlı müəyyən müzakirələr aparılıb. Təbii ki, həmin müzakirələr zamanı azərbaycanlılara qarşı törədilən cinayətlər barədə, digər zəruri məsələlər də müzakirə edilib. - Ümumiyyətlə, erməni silahlı dəstələri tərəfindən indiyə qədər neçə Azərbaycan vətəndaşı qətlə yetirilib? - İstintaq zamanı törədilmiş bütün cinayət hadisələri ilə bağlı zərərçəkmiş şəxslərin, eləcə də fiziki xəsarət alan şəxslərin hamısının sayı müəyyənləşdirilib. Hər bir cinayət işi üzrə bu rəqəmlər bəllidir. Mütəmadi olaraq hər bir cinayət işi barədə məlumat veriləcək. - Azərbaycanlılara qarşı müharibə cinayəti törədənlərin nə qədəri erməni əsilli Azərbaycan vətəndaşlarıdır? - Məsələn, Meşəli soyqırımı ilə bağlı axtarışa verilənlərin sayı 9-dur. Artıq Vaqif Xaçatryan saxlanılıb, o, Azərbaycan vətəndaşıdır. Digər axtarışda olan şəxslər arasında da Azərbaycan vətəndaşları var. Meşəli hadisələri bildiyiniz kimi, 1991-ci ilin dekabr ayında baş verib. Azərbaycan vətəndaşları olan və erməni milliyətindən olan, eyni zamanda, Ermənistandan gələn bir qrup silahlı şəxsin iştirakı ilə Meşəli kəndinə hücum təşkil edilib. Nəticədə 25 nəfər azərbaycanlı qətlə yetirilib, 14 nəfər ağır yaralanıb. 40-dan çox vətəndaşa məxsus fərdi yaşayış evləri, dövlət mülkiyyətinə olan binalar yandırılıb və talan edilib. Maddi ziyan olaraq 5,5 milyon manat həcmində zərər yetirilib. Bu faktlarla bağlı 1992-ci il yanvarın 11-də hadisə yerinə Baş Prokurorluğun vahid əməliyyat istintaq qrupu tərəfindən baxış keçirilib. Şuşa şəhərində Meşəli hadisəsi ilə bağlı cinayət işi açılıb. Ağırlaşdırıcı hallarda qəsdən adamöldürmə, soyğunçuluq, quldurluq, iki və daha çox şəxsi öldürmə maddələri üzrə cinayət işinin istintaqı davam etdirilib. Ümumiyyətlə 1988-ci ildən bəri ermənilər tərəfindən törədilmiş faktlarla bağlı cinayət işləri başladılıb və onların hər biri prokurorluq orqanlarında qeyd olunub. Hazırda Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsində, Baş Prokurorluqda bu cür cinayət işlərinin istintaqı davam etdirilir. - İndiyə qədər azərbaycanlılara qarşı cinayət törədən neçə erməni əsilli şəxs tutulub? - Artıq bizdə bununla bağlı məhkəmə təcrübəsi var. İki cinayət işi üzrə 3 nəfər erməni əsilli şəxs Azərbaycanda ədalət mühakiməsinin qarşısına çıxarılıb. Bunlar Eulcekcian Viken Abraham, Xosrovyan Alyoşa Aramaisoviç və Mkrtçyan Lyudviq Mkrtçidir. Azərbaycanlılara qarşı müxtəlif cinayətlər törətmiş bu şəxslər məhkəmə qarşısına çıxarılıb. Artıq barələrində qanuni qüvvəyə minmiş hökmlər var və onlar cəzalarını çəkirlər. - Vaqif Xaçatryanın saxlanılmasından sonra artıq sosial şəbəkələrdə, mediada onun tərəfindən işgəncələrə məruz qalan şəxslərin açıqlamaları yayılıb. Həmin şəxslər istintaqa dəvət olunur? - İlkin istintaq dövründə müəyyən edilən şəxslərin hər biri dindirilib və onlar iş üzrə zərərçəkmiş şəxs qismində tanınıblar. İstintaqın gedişində artıq bəzi müraciətlər bizə daxil olub. Hazırda onların dindirilməsi təmin edilir. Onların zərərçəkmiş şəxs kimi tanınmasını zəruri edən hallar mövcuddursa, iş üzrə zərərçəkmiş şəxs qismində tanınacaqlar. Sosial şəbəkələrdə və media resurslarında bu cür informasiyalar olduqda dərhal onlar istintaqa dəvət edilirlər. - İşğaldan azad edilmiş ərazilərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayət əməlləri ilə bağlı indiyə qədər hər hansı istintaq hərəkətləri aparılıb? - Azad olunmuş ərazilərin böyük bir hissəsi ermənilər tərəfindən minalanıb. Bu baxımdan ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi və təhlükəsiz şəraitin yaradılması uzun müddət tələb edir. Artıq minalardan təmizlənmiş ərazilərdə prokurorluq əməkdaşları tərəfindən zəruri istintaq hərəkətləri aparılır. Çünki istintaq olunan cinayət işləri bir neçə istiqamətdədir. Burada soyqırımı, işgəncə, ekoloji cinayətləri var. Ərazilər minalardan təmizləndikcə bu proses davam etdiriləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/1a/426333964_168:0:1000:624_1920x0_80_0_0_c127b33a8732031f4fc70aa6e1e9dc89.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
soyqırım, müsahibə, baş prokurorluq, vaqif xaçaturyan, cinayət, ermənilər
soyqırım, müsahibə, baş prokurorluq, vaqif xaçaturyan, cinayət, ermənilər
Meşəli cinayətinə görə daha səkkiz nəfərin şəxsiyyəti müəyyənləşib
İstintaq zamanı 9 erməni milliyyətindən olan silahlı şəxsin şəxsiyyəti müəyyənləşib və onlar axtarışa verilib
BAKI, 3 avqust — Sputnik. Meşəli soyqırımına görə daha səkkiz nəfərin şəxsiyyəti müəyyənləşib və onlar axtarışa verilib.
Bu barədə baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərovun APA-ya müsahibəsində qeyd olunub. Müsahibəni olduğu kimi təqdim edirik:
- "Laçın" sərhəd-buraxılış məntəqəsində Meşəli soyqırımına görə saxlanılan Vaqif Xaçatryanla bağlı hansı istintaq hərəkətləri aparılır? Vaqif Xaçatryanın ilkin dindirilməsi baş tutub? O, törətdiyi əməlləri etiraf edib?
- Vaqif Xaçatryan saxlanıldıqdan sonra ilkin olaraq onun tibbi müayinəsi keçirilib, o, tibbi müəssisəsinə köçürülüb. Səhhəti ilə bağlı həkimlər tərəfindən müayinəsi aparılıb. Tibbi müayinəsi aparıldıqdan sonra isə vəkillə və tərcüməçi ilə təmin edilib. Vaqif Xaçatryana qarşı verilmiş ittihamlar elan edilib və ilkin dindirilmə keçirilib. Hazırda onunla bağlı digər istintaq hərəkətləri aparılır.
- Vaqif Xaçatryanın Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşamasına dair əvvəlcədən hüquq-mühafizə orqanlarında məlumat var idi?
- Vaqif Xaçatryanla bağlı axtarış qərarı 2013-cü ildən qəbul edilib. Bundan sonra Azərbaycan hüquq-mühafizə orqanları axtarışda olan şəxslərlə bağlı əməliyyat-axtarış işlərinə başlayıb və bu istiqamətdə işlər aparılır, eyni zamanda, azərbaycanlılara qarşı cinayət hadisəsi törədən təqsirləndirilən şəxslər barəsində müvafiq əməliyyat məlumatları toplanılır.
- Meşəli soyqırımı ilə bağlı Vaqif Xaçatryandan savayı daha neçə nəfərin əməlində cinayət tərkibi müəyyən edilib?
- İlkin olaraq istintaq zamanı 9 erməni milliyyətindən olan silahlı şəxsin şəxsiyyəti müəyyənləşib və onlar axtarışa verilib. Onlardan Vaqif Xaçatryan tutularaq istintaqa təhvil verilib. Axtarışda olan şəxslərin, o cümlədən cinayətin digər iştirakçılarının müəyyən edilməsi istiqamətində istintaq hərəkətləri aparılır.
- Ermənistan tərəfi, o cümlədən adıçəkilən ölkənin ictimai-siyasi dairələri hadisənin 30 il əvvəl törədildiyini və cinayət məsuliyyətinə cəlbetmə müddətinin başa çatdığına dair fikirlər səsləndirirlər. Bundan başqa, Azərbaycan qanunvericiliyində də var ki, yaşı 65-dən çox olan şəxs 10 ildən artıq azadlıqdan məhrum edilə bilməz. Bu amil Vaqif Xaçatryana şamil edilə bilər?
- Sülh və müharibə əleyhinə, habelə insanlıq əleyhinə törədilən cinayətlərdə cinayətə cəlbetmə müddətinin keçməsi nəzərə alınmır. Bu, adıçəkilən cinayətləri törədənlərə şamil edilmir. Hazırda Vaqif Xaçatryan barəsində istintaq aparılır. İndidən onun hansı formada cəzalandırılması, hansı müddətə azadlıqdan məhrum edilməsi ilə bağlı fikir bildirmək olmaz. Bu, hüquqi baxımdan düzgün deyil, həm də təqsirsizlik prezumpsiyasına ziddir. Çünki şəxsin barəsində məhkəmə hökmü yoxdur. İstintaq yekunlaşdıqdan sonra Vaqif Xaçatryan barəsində toplanmış sübutlar kifayət edəcəyi təqdirdə ittiham aktı tərtib ediləcək və cinayət işi baxılması üçün məhkəməyə göndəriləcək. Məhkəmə baxışı zamanı hansı bir cəza təyinindən, yüngülləşdirici-ağırlaşdırıcı haldan söhbət gedə bilər. Əgər yüngülləşdirici hal varsa, Vaqif Xaçatryana şamil ediləcək. Çünki, o, Azərbaycan Respublikasının vətəndaşıdır. Digər vətəndaşlarımızın yararlandığı hüquqlardan o da istifadə edəcək.
- Etiraf edək ki, Vaqif Xaçatryanın saxlanılması bir qədər gözlənilməz oldu. Artıq insanlarda digər canilərin də tutularaq cəzalarını alacaqlarına dair ümidlər yaranıb. Digərlərinin – Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan kimilərinin istintaqı nə yerdədir? Üstəlik adları çəkilənlərin barələrində Ermənistanda da cinayət işləri açılıb...
- Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən elan edilib ki, Azərbaycan xalqına qarşı cinayət törətmiş şəxslərlə bağlı istintaq aparılır. Meşəli ilə bağlı aparılan istintaq da göstərdi ki, 1992-ci ildən etibarən bu işlər aparılır. Adını sadaladığınız və sadalamadığınız digər şəxslərlə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda, Hərbi Prokurorluqda müxtəlif istintaq hərəkətləri aparılır. Onların bir çoxu barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə qərarları var. Həmin şəxslərin axtarışı elan edilib. Hazırda axtarış tədbirləri davam etdirilir. Dəfələrlə elan edilib, indi də qeyd edirik ki, onların cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək. Onların törətdikləri əməllər sülh və insanlıq əleyhinə cinayətlərdir. Həmin cinayətlərlə bağlı cəlbetmə müddəti yoxdur. Siyasi proseslərlə əlaqədar bu müddət ertələnə bilər. Amma hər halda həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi və ədalət mühakiməsinə çıxarılması təmin ediləcək.
- İki ölkə arasında sülh danışıqları uğurla nəticələnsə, Koçaryan, Sarkisyan, Ohanyan və digərlərinin Azərbaycana ekstradisiyası, təhvil verilməsi hüquqi baxımdan nə qədər realdır?
- Bu suala cavab vermək üçün hələ tezdir. Ermənistan və Azərbaycanın hüquq-mühafizə orqanları arasında hüquqi məsələlər formalaşmayıb. Gələcəkdə proseslərin inkişafını gözləməliyik.
- Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyev artıq bir neçə dəfə Rusiya tərəfinin təşəbbüsü ilə erməni həmkarı ilə görüşlər keçirib. Bəs, bu görüşlərdə Qarabağ bölgəsində törədilən müharibə cinayətləri müzakirə mövzusu olub?
- Cənab Prezidentin Ermənistanın Baş naziri ilə görüşlərindən sonra Rusiyanın vasitəçiliyi ilə iki ölkənin Baş prokurorları arasında görüş keçirilib. Bu görüşlər bir neçə dəfə baş tutub. Bu görüşlərdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi qeyd edilib. Gələcəkdə bu istiqamətdə işlərin görülməsi ilə bağlı müəyyən müzakirələr aparılıb. Təbii ki, həmin müzakirələr zamanı azərbaycanlılara qarşı törədilən cinayətlər barədə, digər zəruri məsələlər də müzakirə edilib.
- Ümumiyyətlə, erməni silahlı dəstələri tərəfindən indiyə qədər neçə Azərbaycan vətəndaşı qətlə yetirilib?
- İstintaq zamanı törədilmiş bütün cinayət hadisələri ilə bağlı zərərçəkmiş şəxslərin, eləcə də fiziki xəsarət alan şəxslərin hamısının sayı müəyyənləşdirilib. Hər bir cinayət işi üzrə bu rəqəmlər bəllidir. Mütəmadi olaraq hər bir cinayət işi barədə məlumat veriləcək.
- Azərbaycanlılara qarşı müharibə cinayəti törədənlərin nə qədəri erməni əsilli Azərbaycan vətəndaşlarıdır?
- Məsələn, Meşəli soyqırımı ilə bağlı axtarışa verilənlərin sayı 9-dur. Artıq Vaqif Xaçatryan saxlanılıb, o, Azərbaycan vətəndaşıdır. Digər axtarışda olan şəxslər arasında da Azərbaycan vətəndaşları var.
Meşəli hadisələri bildiyiniz kimi, 1991-ci ilin dekabr ayında baş verib. Azərbaycan vətəndaşları olan və erməni milliyətindən olan, eyni zamanda, Ermənistandan gələn bir qrup silahlı şəxsin iştirakı ilə Meşəli kəndinə hücum təşkil edilib. Nəticədə 25 nəfər azərbaycanlı qətlə yetirilib, 14 nəfər ağır yaralanıb. 40-dan çox vətəndaşa məxsus fərdi yaşayış evləri, dövlət mülkiyyətinə olan binalar yandırılıb və talan edilib. Maddi ziyan olaraq 5,5 milyon manat həcmində zərər yetirilib. Bu faktlarla bağlı 1992-ci il yanvarın 11-də hadisə yerinə Baş Prokurorluğun vahid əməliyyat istintaq qrupu tərəfindən baxış keçirilib. Şuşa şəhərində Meşəli hadisəsi ilə bağlı cinayət işi açılıb. Ağırlaşdırıcı hallarda qəsdən adamöldürmə, soyğunçuluq, quldurluq, iki və daha çox şəxsi öldürmə maddələri üzrə cinayət işinin istintaqı davam etdirilib.
Ümumiyyətlə 1988-ci ildən bəri ermənilər tərəfindən törədilmiş faktlarla bağlı cinayət işləri başladılıb və onların hər biri prokurorluq orqanlarında qeyd olunub. Hazırda Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsində, Baş Prokurorluqda bu cür cinayət işlərinin istintaqı davam etdirilir.
- İndiyə qədər azərbaycanlılara qarşı cinayət törədən neçə erməni əsilli şəxs tutulub?
- Artıq bizdə bununla bağlı məhkəmə təcrübəsi var. İki cinayət işi üzrə 3 nəfər erməni əsilli şəxs Azərbaycanda ədalət mühakiməsinin qarşısına çıxarılıb. Bunlar Eulcekcian Viken Abraham, Xosrovyan Alyoşa Aramaisoviç və Mkrtçyan Lyudviq Mkrtçidir. Azərbaycanlılara qarşı müxtəlif cinayətlər törətmiş bu şəxslər məhkəmə qarşısına çıxarılıb. Artıq barələrində qanuni qüvvəyə minmiş hökmlər var və onlar cəzalarını çəkirlər.
- Vaqif Xaçatryanın saxlanılmasından sonra artıq sosial şəbəkələrdə, mediada onun tərəfindən işgəncələrə məruz qalan şəxslərin açıqlamaları yayılıb. Həmin şəxslər istintaqa dəvət olunur?
- İlkin istintaq dövründə müəyyən edilən şəxslərin hər biri dindirilib və onlar iş üzrə zərərçəkmiş şəxs qismində tanınıblar. İstintaqın gedişində artıq bəzi müraciətlər bizə daxil olub. Hazırda onların dindirilməsi təmin edilir. Onların zərərçəkmiş şəxs kimi tanınmasını zəruri edən hallar mövcuddursa, iş üzrə zərərçəkmiş şəxs qismində tanınacaqlar. Sosial şəbəkələrdə və media resurslarında bu cür informasiyalar olduqda dərhal onlar istintaqa dəvət edilirlər.
- İşğaldan azad edilmiş ərazilərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayət əməlləri ilə bağlı indiyə qədər hər hansı istintaq hərəkətləri aparılıb?
- Azad olunmuş ərazilərin böyük bir hissəsi ermənilər tərəfindən minalanıb. Bu baxımdan ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi və təhlükəsiz şəraitin yaradılması uzun müddət tələb edir. Artıq minalardan təmizlənmiş ərazilərdə prokurorluq əməkdaşları tərəfindən zəruri istintaq hərəkətləri aparılır. Çünki istintaq olunan cinayət işləri bir neçə istiqamətdədir. Burada soyqırımı, işgəncə, ekoloji cinayətləri var. Ərazilər minalardan təmizləndikcə bu proses davam etdiriləcək.