SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan Rusiyaya yeni səfir təyin edəcək, artıq namizəd var - KİV

© Sputnik / Александр Кряжев / Mediabanka keçidRusiya
Rusiya - Sputnik Azərbaycan, 1920, 03.08.2023
Abunə olmaq
Rusiya Ermənistan səfirindən o qədər narazıdır ki, bu məsələ prioritet məsələ kimi həll olunacaq.
BAKI, 3 avqust — Sputnik. Ermənistan hakimiyyəti Rusiyadakı səfirinin dəyişdirilməsi məsələsini müzakirə edir. Bu barədə axşamı “Hraparak” qəzeti yazır.
Qəzetin yazıb ki, Ermənistanla Rusiya arasında münasibətlərin yenilənməsinə ehtiyac var və bunu dərk edən tərəflər müəyyən addımlar atır. Bunlardan ilki səfirlərin dəyişdirilməsidir.
"Rusiya Ermənistan səfirindən o qədər narazıdır ki, bu məsələ prioritet məsələ kimi həll olunacaq. Vaqarşak Arutyunyanın dəyişdirilməsi məsələsi uzun müddətdir müzakirə olunurdu, lakin onu əvəz edəcək namizədin seçilməsi ilə bağlı problem var idi. Namizəd Baş nazir Nikol Paşinyan və eyni zamanda Rusiya hakimiyyəti üçün də məqbul olmalıdır”, - nəşr yazır.
Qəzetin yazdığına görə, bir sıra namizədlər müzakirə olunub. Ermənistan tərəfi isə, görünür, Ermənistan parlamentinin hazırkı deputatı Qurgen Arsenyanın “Vətəndaş müqaviləsi” fraksiyasından namizədliyi ilə kifayətlənib.
"Rusiyanın Ermənistanda səfiri vəzifəsinə namizəd isə Rusiya Xarici İşlər Nazirliyinin yüksək rütbəli məmurudur", - nəşr yazıb.
Xatırladaq ki, Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan bu vəzifəyə 2022-ci il yanvarın 5-də təyin edilib.
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin 2018-ci il aprelin 6-dan vəzifədədir.
Xəbər lenti
0