DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirilir

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidErmənistan
Ermənistan  - Sputnik Azərbaycan, 1920, 03.08.2023
Abunə olmaq
İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistanın hərbi sənaye ilə bağlı dövlət siyasəti dəyişməyib.
BAKI, 3 avqust — Sputnik. Ermənistanda bir qrup vətəndaş parlamentin önündə etiraz aksiyası keçirir.
Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Onlar müdafiə sənayesinin inkişaf etdirilməsini tələb edirlər.
Etirazçıların sözlərinə görə, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistanın hərbi sənaye ilə bağlı dövlət siyasəti dəyişməyib:
"Biz 44 günlük müharibədə olduğu kimi indi də müdafiəsiz qalmışıq".
Aksiya iştirakçıları bildirirlər ki, hökumət pulu məqsədyönlü istifadə etmir:
"Bu günlərdə ölkədə müxtəlif bayram tədbirləri keçirilir, müğənnilər dəvət olunur, bu müğənnilərin Ermənistana gətirilməsi üçün astronomik məbləğlər xərclənir, hərbi sənayenin inkişafına isə bir qəpik də ayrılmır. Burada biz hərbi sənayeyə "hə", əylənməyə "yox", tamaşa-əyləncəyə "yox" deyirik".
Xəbər lenti
0