Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanda mənzil fondu: Nə qədər adam istifadə müddəti bitmiş binada yaşayır

Abunə olmaq
Sorğunun nəticələri göstərib ki, Azərbaycanın ən böyük şəhərlərinin əhalisinin 44%-i istismar müddəti 30 ildən 60 ilə qədər olan binalarda yaşayır. Mənzil fondunun vəziyyəti haqqında daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında.
Sosial Tədqiqatlar Mərkəzinin (STM) apardığı sorğuda Bakıda respondentlərin 26%-i, Gəncədə 18%-i son 30 ildə tikilmiş binalarda yaşadıqlarını bildiriblər. Sumqayıtda isə bu göstərici cəmi 7% təşkil edib.
Bundan başqa, Azərbaycanın ən böyük şəhərlərinin əhalisinin 44%-i 30 ildən 60 ilə qədər, 13%-i isə 60 ildən əvvəl tikilmiş binalarda yaşayır.
Eyni zamanda, Azərbaycanda yeni yaşayış evlərinin fəal şəkildə tikilməsinə baxmayaraq, böyük şəhərlərin əhalisinin yalnız 7%-i son 10 ildə tikilmiş binalarda, 16%-i isə son 10 ildən 30 ilə qədər dövrdə tikilmiş binalarda yaşayır.
Xəbər lenti
0