https://sputnik.az/20230803/aqta-ve-rosselxoznadzor-muessiselerin-qeydiyyati-meselesini-muzakire-edib-457421721.html
AQTA və “Rosselxoznadzor” müəssisələrin qeydiyyatı məsələsini müzakirə ediblər
AQTA və “Rosselxoznadzor” müəssisələrin qeydiyyatı məsələsini müzakirə ediblər
Sputnik Azərbaycan
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub. 03.08.2023, Sputnik Azərbaycan
2023-08-03T23:45+0400
2023-08-03T23:45+0400
2023-08-04T00:00+0400
aqta
"rosselxoznadzor"
müəssisə
qeydiyyat
müzakirə
iqtisadiyyat
https://cdnn1.img.sputnik.az/img/40051/97/400519757_0:18:1025:594_1920x0_80_0_0_2a3e76be22d2524815a132e1aa85ddbb.jpg
BAKI, 3 avqust - Sputnik. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) nümayəndələri arasında onlayn görüş olub.AQTA-dan bildirilib ki, görüşdə AQTA sədrinin müavinləri, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri və “Rosselxoznadzor”un rəhbərinin müavinləri, idarə rəisləri və başqaları iştirak ediblər.Görüş zamanı bu il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin qanundan irəli gələn tələblər, xüsusən də Rusiya Federasiyasından ölkəmizə gətirilən yüksək riskli qida məhsullarının istehsal və emal edildiyi obyektlərin qiymətləndirilməsi prosesi nəzərdən keçirilib, müvafiq məsələlər müzakirə olunub.“Rosselxoznadzor”un nümayəndələri Rusiya Federasiyası istehsalçılarının qeydiyyata alınması prosesinin beynəlxalq standartlara uyğun aparıldığını vurğulayıblar və prosesin gedişindən məmnunluq ifadə ediblər. Eyni zamanda, bu işin ikinci mərhələsinə keçidə qədər qiymətləndirmə prosesinin qanunvericiliyə uyğun şəkildə davam etdirilməsinə hazır olduqlarını bildiriblər. AQTA-nın nümayəndələri isə Rusiya Federasiyasında fəaliyyət göstərən istehsal müəssisələrinin qiymətləndirilməsi işində Agentliyə göstərilən köməyə görə “Rosselxoznadzor”a minnətdarlıqlarını bildiriblər. Həmçinin, vurğulanıb ki, “Rosselxoznadzor”la razılaşdırılmış istehsal müəssisələrinin qiymətləndirilməsi başa çatdıqdan sonra qeydiyyat və təsdiq məsələləri növbəti mərhələdə həyata keçiriləcək.Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40051/97/400519757_53:0:964:683_1920x0_80_0_0_17164c6e7ba7a79089650260a8d0a6bd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aqta, "rosselxoznadzor", müəssisə, qeydiyyat, müzakirə
aqta, "rosselxoznadzor", müəssisə, qeydiyyat, müzakirə
AQTA və “Rosselxoznadzor” müəssisələrin qeydiyyatı məsələsini müzakirə ediblər
23:45 03.08.2023 (Yenilənib: 00:00 04.08.2023) Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
BAKI, 3 avqust - Sputnik. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) nümayəndələri arasında onlayn görüş olub.
AQTA-dan bildirilib ki, görüşdə AQTA sədrinin müavinləri, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri və “Rosselxoznadzor”un rəhbərinin müavinləri, idarə rəisləri və başqaları iştirak ediblər.
Görüş zamanı bu il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin qanundan irəli gələn tələblər, xüsusən də Rusiya Federasiyasından ölkəmizə gətirilən yüksək riskli qida məhsullarının istehsal və emal edildiyi obyektlərin qiymətləndirilməsi prosesi nəzərdən keçirilib, müvafiq məsələlər müzakirə olunub.
“Rosselxoznadzor”un nümayəndələri Rusiya Federasiyası istehsalçılarının qeydiyyata alınması prosesinin beynəlxalq standartlara uyğun aparıldığını vurğulayıblar və prosesin gedişindən məmnunluq ifadə ediblər. Eyni zamanda, bu işin ikinci mərhələsinə keçidə qədər qiymətləndirmə prosesinin qanunvericiliyə uyğun şəkildə davam etdirilməsinə hazır olduqlarını bildiriblər. AQTA-nın nümayəndələri isə Rusiya Federasiyasında fəaliyyət göstərən istehsal müəssisələrinin qiymətləndirilməsi işində Agentliyə göstərilən köməyə görə “Rosselxoznadzor”a minnətdarlıqlarını bildiriblər. Həmçinin, vurğulanıb ki, “Rosselxoznadzor”la razılaşdırılmış istehsal müəssisələrinin qiymətləndirilməsi başa çatdıqdan sonra qeydiyyat və təsdiq məsələləri növbəti mərhələdə həyata keçiriləcək.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.