CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Surət Hüseynov Gəncədə dəfn edilib

© Photo : OXUSurət Hüseynov
Surət Hüseynov - Sputnik Azərbaycan, 1920, 02.08.2023
Abunə olmaq
Vida mərasimindən sonra o, 4 saylı qəbirstanlıqda valideynlərinin qəbri yaxınlığında torpağa tapşırılıb.
BAKI, 2 avqust — Sputnik. Azərbaycanın keçmiş Baş naziri Surət Hüseynov Gəncə şəhərində dəfn olunub.
Mərasimdə S.Hüseynovun ailə üzvləri, yaxınları, dostları iştirak ediblər.
Vida mərasimindən sonra o, 4 saylı qəbirstanlıqda valideynlərinin qəbri yaxınlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Surət Davud oğlu Hüseynov 1959-cu ildə Gəncədə anadan olub. O, 1993-cü il iyununda Baş nazir vəzifəsinə təyin edilib, 1994-cü il oktyabrın 7-də isə vəzifəsindən uzaqlaşdırılıb.
© Photo : REPORTSurət Hüseynov Gəncədə dəfn edilib
Surət Hüseynov Gəncədə dəfn edilib - Sputnik Azərbaycan, 1920, 02.08.2023
Surət Hüseynov Gəncədə dəfn edilib
Oktyabrın 14-də parlament S.Hüseynovun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verib.
Oktyabrın 30-da o, Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilib.
1997-ci ildə S.Hüseynov Rusiyada həbs olunaraq Azərbaycana təhvil verilib, 1999-cu il fevralın 10-da ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
2004-cü il martın 17-də Prezident İlham Əliyev Surət Hüseynovu əfv edib.
O, uzun illərdir Azərbaycandan kənarda yaşayırdı.
S.Hüseynov uzun sürən xəstəlikdən sonra iyulun 31-də Türkiyənin İstanbul şəhərində vəfat edib. (Report.az).
Xəbər lenti
0