DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran generalları mübahisəli adalarda ballistik raketlər yerləşdiriblər

© AFP 2024 / DIMITAR DILKOFFЗенитно-ракетный комплекс С-400, фото из архива
Зенитно-ракетный комплекс С-400, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.08.2023
Abunə olmaq
Əbu Musa da daxil olmaqla bəzi adalara müvafiq olaraq 120 km və 300 km mənzilli Fəth ballistik raketlərinin və Qədir qanadlı raketlərinin yerləşdirildiyi bildirilib.
BAKI, 2 avqust — Sputnik. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİİKK - İran Silahlı Qüvvələrinin elit bölmələri) tərkibində hərbi dəniz qüvvələri Fars körfəzində, Birləşmiş Ərəb Əmirlikləri ilə mübahisəli Əbu Musa adası yaxınlığında təlimlərə başlayıb. Bu barədə İranın İRNA agentliyi məlumat yayıb.
"İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri general Hüseyn Səlami və digər yüksək rütbəli hərbçilər təlimlər keçirmək üçün Əbu Musa adasına uçublar. Onların məqsədi "Fars körfəzi və İran adalarında təhlükəsizliyi təmin etmək üçün İİİKK Hərbi Dəniz Qüvvələrinin səlahiyyətini və döyüş hazırlığını nümayiş etdirməkdir. Hərbçilər Böyük Türbə adasına gəlib. Manevrlərdə aerokosmik qüvvələrin dəstəyi ilə İran qoşunlarının müxtəlif bölmələri iştirak edir. Təlimlərə 600 km mənzilli raketlərlə təchiz edilmiş yeni gəmilər cəlb olunub", - IRNA qeyd edir.
Bu arada Tasnim Agentliyi Əbu Musa da daxil olmaqla bəzi adalara müvafiq olaraq 120 km və 300 km mənzilli Fəth ballistik raketlərinin və Qədir qanadlı raketlərinin yerləşdirildiyini bildirib. Agentliyin məlumatına görə, təlimlərə pilotsuz katerlər və pilotsuz uçuş aparatları da cəlb olunub.
Böyük Türbə, Kiçik Türbə və Əbu Musa adaları Fars körfəzinin strateji əhəmiyyətli bölgəsində yerləşir. Onların kimə aid olması BƏƏ və İran tərəfindən mübahisəlidir.
İran bayrağı, arxiv - Sputnik Azərbaycan, 1920, 17.07.2023
DÜNYA XƏBƏRLƏRİ
İran adalar məsələsini heç kimlə müzakirə etməyəcək - İran XİN
Xəbər lenti
0