https://sputnik.az/20230802/qurani-kerimin-yandirilmasi-aksiyasina-icaze-verildi-457380873.html
Qurani-Kərimin yandırılması aksiyasına icazə verildi
Qurani-Kərimin yandırılması aksiyasına icazə verildi
Sputnik Azərbaycan
Quranı yandırmaq artıq Avropa üçün adi şey olacaq
2023-08-02T22:39+0400
2023-08-02T22:39+0400
2023-08-02T23:10+0400
quran
dünya xəbərləri
isveç
https://cdnn1.img.sputnik.az/img/07e7/07/05/456509144_0:160:3072:1888_1920x0_80_0_0_31429a955b3d93772c956f4db5d23899.jpg
BAKI, 2 avqust — Sputnik. Stokholm Şəhər Polis İdarəsi avqustun 3-də İsveçin paytaxtında Qurani-Kərimin yenidən yandırılması aksiyasına icazə verib. Bu barədə "Svenska dagbladet" qəzeti məlumat yayıb. Aksiyanın təşkilatçısı olan qadın bildirib ki, məqsədi dinin siyasət olduğunu göstərməkdir. Onun sözlərinə görə, Müqəddəs Kitabın yandırılmasının səbəbi onun xeyli sayda insanın ölümünə bais olmasıdır: "Ümid edirəm ki, bütün dünya bu mesajı eşidir, çünki dinin siyasi olduğunu qəbul etmək vacibdir". Qadın həmçinin vurğulayıb ki, İsa peyğəmbərin sözlərinə və "Müqəddəs Kitab"ın ( "İncil"i nəzərdə tutur) "On Əmr"inə əməl edir. Xatırladaq ki, iyunun 28-də Stokholmun mərkəzində iraqlı mühacir müsəlmanların müqəddəs Qurban bayramında namaz qılarkən Quranı yandırıb. Azərbaycan XİN İsveç hakimiyyət orqanlarını təqsiri olanlara qarşı bütün lazımi tədbirləri görməyə və bu cür nifrət cinayətlərinin təkrarlanmasının qarşısını almağa çağırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/05/456509144_171:0:2902:2048_1920x0_80_0_0_26482d52b277e09928530f61738e7797.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
quran avropa yandırmaq
Qurani-Kərimin yandırılması aksiyasına icazə verildi
22:39 02.08.2023 (Yenilənib: 23:10 02.08.2023) İyunun 28-də Stokholmun mərkəzində iraqlı mühacir müsəlmanların müqəddəs Qurban bayramında namaz qılarkən Quranı yandırıb.
BAKI, 2 avqust — Sputnik. Stokholm Şəhər Polis İdarəsi avqustun 3-də İsveçin paytaxtında Qurani-Kərimin yenidən yandırılması aksiyasına icazə verib.
Bu barədə "Svenska dagbladet" qəzeti məlumat yayıb.
Aksiyanın təşkilatçısı olan qadın bildirib ki, məqsədi dinin siyasət olduğunu göstərməkdir.
Onun sözlərinə görə, Müqəddəs Kitabın yandırılmasının səbəbi onun xeyli sayda insanın ölümünə bais olmasıdır: "Ümid edirəm ki, bütün dünya bu mesajı eşidir, çünki dinin siyasi olduğunu qəbul etmək vacibdir".
Qadın həmçinin vurğulayıb ki, İsa peyğəmbərin sözlərinə və "Müqəddəs Kitab"ın ( "İncil"i nəzərdə tutur) "On Əmr"inə əməl edir.
Xatırladaq ki, iyunun 28-də Stokholmun mərkəzində iraqlı mühacir müsəlmanların müqəddəs Qurban bayramında namaz qılarkən Quranı yandırıb.
Azərbaycan XİN İsveç hakimiyyət orqanlarını təqsiri olanlara qarşı bütün lazımi tədbirləri görməyə və bu cür nifrət cinayətlərinin təkrarlanmasının qarşısını almağa çağırıb.