https://sputnik.az/20230802/ozbekistan-prezidenti-fuzulide-mekteb-binasinin-acilisini-edecek-454912644.html
Özbəkistan Füzulidə məktəb tikməklə Azərbaycana qardaş münasibətini göstərir
Özbəkistan Füzulidə məktəb tikməklə Azərbaycana qardaş münasibətini göstərir
Sputnik Azərbaycan
Özbəkistanın mədəniyyət nazirinin sözlərinə görə, Şavkat Mirziyoyevin Azərbaycana səfəri çərçivəsində məktəbin açılış mərasimi keçiriləcək. 02.08.2023, Sputnik Azərbaycan
2023-08-02T17:20+0400
2023-08-02T17:20+0400
2023-08-02T17:19+0400
şavkat mirziyoyev
siyasət
füzuli
özbəkistan
https://cdnn1.img.sputnik.az/img/07e7/01/18/450996151_0:67:1280:787_1920x0_80_0_0_44367443371edb11bd5b4b7ed981e5bf.jpg
BAKI, 2 avqust - Sputnik. Özbəkistan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanın Füzuli rayonunda müasir məktəb inşası həyata keçirilir. Məktəbin inşası yaxın zamanlarda başa çatacaq və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri çərçivəsində məktəbin açılış mərasimi keçiriləcək. Bu sözləri jurnalistlərə müsahibəsində Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov deyib. Nazirin sözlərinə görə, bu məktəbin tikintisi Özbəkistan dövlətinin Azərbaycana bir dəstəyi kimi qəbul olunur. "Ümid edirik ki, məktəbin şagirdləri bizim ölkələrin dostluğunda xüsusi rol oynayacaqlar. Məktəbin inşası Özbəkistanın Azərbaycana olan dostluq, qardaşlıq münasibətinin göstəricisidir",- deyə O.Nazarbekov bildirib.16.05.23, 13:40"Azərbaycan xalqı tarixi torpaqlarını geri qaytarıb və bu gün Qarabağda böyük işlər görülür". Bunu Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva Milli Məclisin Ulu Öndər Heydər Əliyevə həsr olunmuş xüsusi iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Özbəkistan da bu işlərə öz kiçik töhfəsini vermək üçün kiçik addımlar atır, Füzulidə ümumtəhsil məktəbinin tikintisini aparır və Özbəkistan Prezidentinin Azərbaycana səfəri zamanı məktəbin açılışı olacaq. Biz Azərbaycanda ölkə Prezidentinin rəhbərliyi altında baş verən bütün müsbət dəyişikliklərə çox sevinirik. Xatırladaq ki, mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən 960 şagird yerlik məktəb binasında tikinti işlərinin gedişi ilə tanış olublar. Dövlətimizin başçısına və birinci xanıma inşaat işlərinin gedişi barədə məlumat verilib. Bildirilib ki, ötən il başlanılan tikinti işlərinin bu ilin dekabrında başa çatdırılması planlaşdırılır. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt zalı, idman zalı, yeməkxana, kitabxana yaradılacaq. Məktəbin ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa ediləcək. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin "Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır" sözlərinin təsdiqi olan bu məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev də Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/18/450996151_72:0:1209:853_1920x0_80_0_0_ab05000c05fd31607058ac67b0729a97.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
şavkat mirziyoyev, füzuli, özbəkistan
şavkat mirziyoyev, füzuli, özbəkistan
Özbəkistan Füzulidə məktəb tikməklə Azərbaycana qardaş münasibətini göstərir
Özbəkistanın mədəniyyət nazirinin sözlərinə görə, Şavkat Mirziyoyevin Azərbaycana səfəri çərçivəsində məktəbin açılış mərasimi keçiriləcək.
BAKI, 2 avqust - Sputnik. Özbəkistan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanın Füzuli rayonunda müasir məktəb inşası həyata keçirilir. Məktəbin inşası yaxın zamanlarda başa çatacaq və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri çərçivəsində məktəbin açılış mərasimi keçiriləcək.
Bu sözləri jurnalistlərə müsahibəsində Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov deyib.
Nazirin sözlərinə görə, bu məktəbin tikintisi Özbəkistan dövlətinin Azərbaycana bir dəstəyi kimi qəbul olunur.
"Ümid edirik ki, məktəbin şagirdləri bizim ölkələrin dostluğunda xüsusi rol oynayacaqlar. Məktəbin inşası Özbəkistanın Azərbaycana olan dostluq, qardaşlıq münasibətinin göstəricisidir",- deyə O.Nazarbekov bildirib.
"Azərbaycan xalqı tarixi torpaqlarını geri qaytarıb və bu gün Qarabağda böyük işlər görülür".
Bunu Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva Milli Məclisin Ulu Öndər Heydər Əliyevə həsr olunmuş xüsusi iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Özbəkistan da bu işlərə öz kiçik töhfəsini vermək üçün kiçik addımlar atır, Füzulidə ümumtəhsil məktəbinin tikintisini aparır və Özbəkistan Prezidentinin Azərbaycana səfəri zamanı məktəbin açılışı olacaq. Biz Azərbaycanda ölkə Prezidentinin rəhbərliyi altında baş verən bütün müsbət dəyişikliklərə çox sevinirik.
Xatırladaq ki, mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən 960 şagird yerlik məktəb binasında tikinti işlərinin gedişi ilə tanış olublar.
Dövlətimizin başçısına və birinci xanıma inşaat işlərinin gedişi barədə məlumat verilib.
Bildirilib ki, ötən il başlanılan tikinti işlərinin bu ilin dekabrında başa çatdırılması planlaşdırılır. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt zalı, idman zalı, yeməkxana, kitabxana yaradılacaq. Məktəbin ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa ediləcək. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin "Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır" sözlərinin təsdiqi olan bu məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev də Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirib.