Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Məktəblərini dəyişmək istəyən şagird və valideynlərin nəzərinə

şagird  - Sputnik Azərbaycan, 1920, 02.08.2023
Abunə olmaq
Elm və Təhsil Nazirliyindən bildirilib ki, şagird yerdəyişməsi prosesi sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.
BAKI, 2 avqust — Sputnik. Avqustun 7-də 2023-2024-cü tədris ili üzrə şagird yerdəyişməsinə start veriləcək.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.
Yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 7 avqust saat 15:00, 10-cu siniflər üçün isə 14 avqust saat 15:00-dan aktivləşdiriləcək.
Valideynlər üçün sy.edu.az elektron sistemində ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 31 avqust saat 18:00-a qədər davam edəcək.
Valideynlər 5 sentyabr saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.
Qeyd edək ki, aşağıda adları qeyd olunmuş ümumi təhsil müəssisələrinin 2-9-cu siniflərində yaranmış vakant yerlərə şagird yerdəyişməsi imtahanla aparılır. İmtahana qeydiyyat sy.edu.az elektron sistemi vasitəsilə aparılacaq.
Qeydiyyat 7 avqust saat 15:00-dan 14 avqust saat 18:00-a qədər aktiv olacaq. İmtahanlar ibtidai siniflər üzrə 17 avqust, 5-9-cu siniflər üzrə isə 18 avqust tarixində keçiriləcək.
İmtahanla yerdəyişmə aparılan ümumi təhsil müəssisələrinin siyahısı:
-Heydər Əliyev adına lisey
-T.İsmayılov adına 6 nömrəli məktəb-lisey
-132-134 nömrəli təhsil kompleksi
-T.Həsənov adına 23 nömrəli tam orta məktəb
-İlyas Əfəndiyev adına Elitar gimnaziya
-İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyi
-Zəngi liseyi
-Bakı Avropa liseyi
-"Ankara məktəbi" məktəb-lisey
-Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi
-Bülbül adına orta ixtisas musiqi məktəbi
-Humanitar fənlər təmayüllü məktəb-lisey.
Xəbər lenti
0