https://sputnik.az/20230802/hikmet-haciyev-qerbi-azerbaycan-cmasinin-ermenistanda-oz-yurdlarina-qayitmaq-huququ-var-457384528.html
Hikmət Hacıyev: Qərbi Azərbaycan İcmasının Ermənistanda öz yurdlarına qayıtmaq hüququ var
Hikmət Hacıyev: Qərbi Azərbaycan İcmasının Ermənistanda öz yurdlarına qayıtmaq hüququ var
Sputnik Azərbaycan
İlham Əliyevin köməkçisi yerazları İrəvana qaytarmaq istəyir
2023-08-02T16:33+0400
2023-08-02T16:33+0400
2023-08-02T23:25+0400
siyasət
azərbaycan respublikası prezidentinin köməkçisi hikmət hacıyev
qərbi azərbaycan
qərbi azərbaycan icması
https://cdnn1.img.sputnik.az/img/42392/36/423923618_0:0:3093:1740_1920x0_80_0_0_4894b479bb606081246a4d65ca8a827a.jpg
BAKI, 2 avqust — Sputnik. Qərbi Azərbaycan İcmasının Ermənistanda öz yurdlarına qayıtmaq hüququ var, çünki bu icma 1980-ci illərin sonlarında Ermənistandan qovulub. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Səudiyyə Ərəbistanının "Əş-Şarg əl-Avsat" qəzetinə müsahibəsində bildirib. Prezidentin köməkçisi qeyd edib ki, Ermənistanın o dövrdəki demoqrafik vəziyyətinə baxdıqda, müsəlmanların, xüsusilə də azərbaycanlıların geniş coğrafi regionda məskunlaşdıqlarını və oranın yerli icması olduğunu görmək olar: Qərbi Azərbaycan İcması Xatırladaq ki, Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisidir. Avqustun 3-də İctimai Birliyin adı dəyişdirilərək "Qərbi Azərbaycan İcması"na çevrilib, İcmanın yeni Nizamnaməsi təsdiq olunub. İcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar yaradılıb və seçkilər keçirilib. Təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42392/36/423923618_187:0:2918:2048_1920x0_80_0_0_0689746140d1990b16084dd0e9dee4ba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ilham əliyevin köməkçisi hikmət hacıyev ermənistan yerazlar
ilham əliyevin köməkçisi hikmət hacıyev ermənistan yerazlar
Hikmət Hacıyev: Qərbi Azərbaycan İcmasının Ermənistanda öz yurdlarına qayıtmaq hüququ var
16:33 02.08.2023 (Yenilənib: 23:25 02.08.2023) Prezidentin köməkçisi qeyd edib ki, Ermənistanın o dövrdəki demoqrafik vəziyyətinə baxdıqda, müsəlmanların, xüsusilə də azərbaycanlıların geniş coğrafi regionda məskunlaşdıqlarını və oranın yerli icması olduğunu görmək olar.
BAKI, 2 avqust — Sputnik. Qərbi Azərbaycan İcmasının Ermənistanda öz yurdlarına qayıtmaq hüququ var, çünki bu icma 1980-ci illərin sonlarında Ermənistandan qovulub.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Səudiyyə Ərəbistanının "Əş-Şarg əl-Avsat" qəzetinə müsahibəsində bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, Ermənistanın o dövrdəki demoqrafik vəziyyətinə baxdıqda, müsəlmanların, xüsusilə də azərbaycanlıların geniş coğrafi regionda məskunlaşdıqlarını və oranın yerli icması olduğunu görmək olar:
"Lakin bugünkü Ermənistan monoetnik cəmiyyətdir. Buna görə də Qərbi Azərbaycan icmasının öz vətəninə qayıtmaq hüququ var. Təəssüf ki, Ermənistan bu icmanın hüquqlarını tam şəkildə pozur".
Xatırladaq ki, Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisidir. Avqustun 3-də İctimai Birliyin adı dəyişdirilərək "Qərbi Azərbaycan İcması"na çevrilib, İcmanın yeni Nizamnaməsi təsdiq olunub. İcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar yaradılıb və seçkilər keçirilib.
Təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur.