DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan bu il Türkiyəyə rekord sayda rusiyalı turistlərin gələcəyinə ümid edir

© AP Photo / Petros KaradjiasTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.08.2023
Abunə olmaq
Türkiyə prezidenti bu fikri çərşənbə günü Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı deyib.
BAKI, 2 avqust — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan il ərzində ölkəyə rekord sayda rusiyalı turistlərin gələcəyinə ümid etdiyini bildirib.
Bu barədə RİA Novosti Türkiyə liderinin ofisinə istinadən xəbər verir.
Türkiyə prezidenti bu fikri çərşənbə günü Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı deyib.
"Ərdoğan rusiyalı turistlərin Türkiyəyə artan marağından məmnun olduğunu ifadə edib. O, əmindir ki, birgə səylərlə bu il turizmdə yeni rekorda nail olmaq mümkün olacaq", - məlumatda deyilir.
"Qazeta.Ru"nun MTS Travel xidmətinin araşdırmasına istinadən verdiyi məlumata görə, 2023-cü ildə Rusiyadan olan turistlər daha çox Türkiyə, Tayland və Çini seçməyə başlayıblar.
Xidmətin 2023-cü ildəki məlumatına görə, rusiyalıların səfərlərinə görə Türkiyə Belarusu qabaqlayır. 2023-cü ilin yanvar-iyun aylarında turist axını 2022-ci ilin birinci yarısı ilə müqayisədə 70% çox olub.
MTS Travel xidmətinin mütəxəssisləri qeyd ediblər ki, uzaq xarici ölkələrə səfərlər 65%, Taylanda turist axını isə 12 dəfə artıb və bu ölkədə bütün populyar istiqamətlər arasında ən sürətlə artan turist axını olub.
Xəbər lenti
0