https://sputnik.az/20230802/elektron-siqaretler-niye-tehlukelidir-ust-den-xeberdarliq-457375509.html
Elektron siqaretlər niyə təhlükəlidir? ÜST-dən xəbərdarlıq
Elektron siqaretlər niyə təhlükəlidir? ÜST-dən xəbərdarlıq
Sputnik Azərbaycan
Elektron siqaretlərin tərkibində tütün yoxdur, lakin onlar sağlamlıq üçün zərərli və təhlükəlidir. 02.08.2023, Sputnik Azərbaycan
2023-08-02T21:19+0400
2023-08-02T21:19+0400
2023-08-02T21:19+0400
ümumdünya səhiyyə təşkilatı
dünya xəbərləri
siqaret
elektron siqaret
braziliya
türkiyə
üst
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0e/437228989_0:317:3079:2048_1920x0_80_0_0_f119dfd78a372bee32ead0d39df29303.jpg
BAKI, 2 avqust — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) elektron siqaretlərə ehtiyatla yanaşır. Təşkilatın saytında belə bir məlumat dərc edilib ki, elektron siqaretlərin tərkibində tütün yoxdur, lakin onlar sağlamlıq üçün zərərli və təhlükəlidir. Uzun müddət ərzində yalnız iki ölkə - Braziliya və Türkiyə tütün çəkməklə mübarizədə ən yüksək göstəricilərə malik idi. ÜST-nin məlumatına görə, 2021-ci ildə son hesabat dərc olunandan sonra onlara daha iki ölkə - Mavriki və Niderland da qoşulub. Təşkilat vurğulayır ki, bu araşdırma çərçivəsində yalnız qanunvericiliklə bağlı vəziyyət öyrənilir. Məsələn, ölkələrin 87 faizinin qanunvericiliyində siqaret çəkməyə görə qadağanın pozulduğu təqdirdə cərimələr nəzərdə tutulub. Lakin ölkələrin üçdəbirindən az hissəsi tərəfindən qadağaya riayət olunmasına nəzarət maliyyələşdirilir. ÜST Avropada siqaret çəkməklə bağlı ölüm hallarının sayının əsassız olaraq çox göstərilməsini qeyd edir. Bildirilir ki, bunun əsas səbəblərindən biri Avropa İttifaqındakı səhiyyə sistemində keyfiyyətsiz idarəetmə və səmərəli profilaktika təşkil olunmamasıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0e/437228989_0:0:2731:2048_1920x0_80_0_0_ad7b672ad691e3ebd52f52cfe5df2d3b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ümumdünya səhiyyə təşkilatı, siqaret, elektron siqaret, braziliya, türkiyə, üst
ümumdünya səhiyyə təşkilatı, siqaret, elektron siqaret, braziliya, türkiyə, üst
Elektron siqaretlər niyə təhlükəlidir? ÜST-dən xəbərdarlıq
Elektron siqaretlərin tərkibində tütün yoxdur, lakin onlar sağlamlıq üçün zərərli və təhlükəlidir.
BAKI, 2 avqust — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) elektron siqaretlərə ehtiyatla yanaşır.
Təşkilatın saytında belə bir məlumat dərc edilib ki, elektron siqaretlərin tərkibində tütün yoxdur, lakin onlar sağlamlıq üçün zərərli və təhlükəlidir.
Uzun müddət ərzində yalnız iki ölkə - Braziliya və Türkiyə tütün çəkməklə mübarizədə ən yüksək göstəricilərə malik idi. ÜST-nin məlumatına görə, 2021-ci ildə son hesabat dərc olunandan sonra onlara daha iki ölkə - Mavriki və Niderland da qoşulub.
Təşkilat vurğulayır ki, bu araşdırma çərçivəsində yalnız qanunvericiliklə bağlı vəziyyət öyrənilir. Məsələn, ölkələrin 87 faizinin qanunvericiliyində siqaret çəkməyə görə qadağanın pozulduğu təqdirdə cərimələr nəzərdə tutulub. Lakin ölkələrin üçdəbirindən az hissəsi tərəfindən qadağaya riayət olunmasına nəzarət maliyyələşdirilir.
ÜST Avropada siqaret çəkməklə bağlı ölüm hallarının sayının əsassız olaraq çox göstərilməsini qeyd edir. Bildirilir ki, bunun əsas səbəblərindən biri Avropa İttifaqındakı səhiyyə sistemində keyfiyyətsiz idarəetmə və səmərəli profilaktika təşkil olunmamasıdır.