DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Əfqanıstanda tiryək əkini sahələri 32 faiz artıb

© AFP 2024 / BULENT KILICƏfqanıstanda
Əfqanıstanda - Sputnik Azərbaycan, 1920, 02.08.2023
Abunə olmaq
Tacikistanın narkotiklərə nəzarət agentliyinin direktoru Habibullo Vohidzoda bildirib ki, "Taliban"ın hakimiyyəti ələ keçirməsindən sonra Əfqanıstanda narkotik vasitələrin istehsalı "çiçəklənib".
BAKI, 2 avqust — Sputnik. 2021-ci ilin avqustunda "Taliban" hərəkatı Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra ölkədə narkotik vasitələrin istehsalı artmağa başlayıb.
Bu barədə Tacikistanın narkotiklərə nəzarət agentliyinin direktoru Habibullo Vohidzoda Düşənbədə keçirdiyi mətbuat konfransında bildirib.
O deyib ki, "Taliban"ın narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı çoxsaylı bəyanatlarına baxmayaraq, faktlar bunun əksini göstərir. BMT-nin narkotiklər və cinayətkarlıqla mübarizə idarəsinin məlumatına görə, 2022-ci ildə Əfqanıstanda tiryək (xaşxaş) əkini sahələri 32 faiz artaraq 233 min hektara çatıb.
İllər üzrə statistik göstəriciləri müqayisə edən Vohidzoda bildirib ki, 2020-ci ildə Tacikistanda 2 ton 425 kiloqram, 2021-ci ildə 4 ton 83 kiloqram əfqan narkotiki ələ keçirilmişdisə, 2022-ci ildə bu rəqəm 4 ton 991 kiloqrama yüksəlib. Bu ilin altı ayında isə Tacikistanın Əfqanıstanla həmsərhəd rayonlarında 2 ton 476 kiloqram narkotik müsadirə olunub.
Xəbər lenti
0