CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Borclunun banklardakı hesabına və saxlancdakı əmlakına həbs qoyula bilər

© Sputnik / Murad OrujovПересчет денег, фото из архива
Пересчет денег, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.08.2023
Abunə olmaq
Borclunun banklarda və digər kredit təşkilatlarında saxlancda əmlakının və hesabının mövcudluğu, habelə hesab üzrə qalıqlar barədə məlumatlar icra məmuru tərəfindən "Banklar haqqında" qanuna uyğun olaraq əldə edilir.
BAKI, 2 avqust — Sputnik. Borclunun banklardakı hesabına və saxlancdakı əmlakına həbs qoyula biləcək.
Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "İcra haqqında" qanuna edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, borclunun banklarda və digər kredit təşkilatlarında saxlancda əmlakının və hesabının mövcudluğu, habelə hesab üzrə qalıqlar barədə məlumatlar icra məmuru tərəfindən "Banklar haqqında" qanuna uyğun olaraq əldə edilir və onların (olduqda) üzərinə icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə həbs qoyulacaq.
Qeyd edək ki, bank müştərilərin pul vəsaitinə və digər sərvətlərinə həbs qoyulması, müsadirə edilməsi, yaxud tələb yönəldilməsi nəticəsində müştərilərinə və ya kreditorlarına dəymiş zərər üçün məsuliyyət daşımır.
Müştərinin bankda olan pul vəsaiti və digər sərvətləri yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müsadirə edilə bilər.
Xəbər lenti
0